Oradur-sür-Qlan qətliamı

Oradur-sür-Qlan muzeyi

Oradur-sür-Qlan (Oradour -sur-Glane) — Fransanın Cənub-Qərbində Limoj(Limuzen) şəhərindən 22 km şimal-qərbdə yerləşən bu yaşayış məntəqəsində, ikinci dünya müharibəsi vaxtı 10 iyun 1944-cü ildə SS "Reyx" diviziyasının dəstəsi sakinləri kütləvi surətdə vəhşicəsinə qətl ediblər. Fürer alayının 3-cü rotası kəndə daxil olaraq bütün kişiləri güllələyib. Qadın və uşaqlar kilsəyə toplanaraq partladılıblar. 642 adam məhv edilib, bütün evlər uçurulub və yandırılıb. Kəndin qalıqları insanlığa qarşı cinayət nümunəsi kimi qorunub. Köhnə kəndin dağıntıları yaxınlığında yeni kənd salınıb.[1]

Həmin hadisələr fransız rejisöru Robert Enrikonun 1975-ci ildə çəkdiyi "Köhnə tüfəng" filmi üçün əsas olub.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T.6