Orange fransız mənşəli, beynəlxalq GSM Operatorudur.
Orange | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Mobil rabitə operatoru |
Sənaye | Mobil rabitə,Telekomunikasiya |
Məhsulları | mobil telefon, IPTV, Broadband, İnternet xidmət provayderi |
Təsis tarixi | 28 aprel 1994 |
Baş qərargahın yeri | Paris, Fransa |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri | 39 milyard € (sentyabr 2009) |
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
Tərəfdaşlar | Orange Armenia[d] |
www.orange.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1994-cü ildə Parisdə yaradılmışdır. 2000-ci ildə France Télécom 'la birləşərək Fransanın ən böyük telekommunikasiya quruluşu olmaqla qalmamış dünya arenasına da çıxmışdır. 2001-ci ildə Itineris, Ola və Mobicarte şirkətləri Orange 'ın sıralarına qatılmışdır. Bunu 2006-cı ildə Wanadoo və MaLigneTV də izləmişdir. % 100 Fransız kapitalı olan şirkət hal-hazırda da bu xüsusiyyətini itirməmiş bir anonim şirkətidir.
Orange Telekom 17 ölkədə xidmət verən dünyanın ən böyük GSM Operatorlarından biridir. Vodafone ilə arasında böyük bir rəqabət vardır. Ingilislər ilə fransızların arasındakı tarixi səbəblərdən yaranan rəqabət Vodafone və Orange arasında da eyni şəkildə davam etməkdədir. Xüsusilə bu 2 operator bir-birlərindən abunə oğurlamaq və digər operatoru oyundan kənar buraxmaq üçün bir çox bazarda müxtəlif taktikalar tətbiq etməkdədirlər. (Xidmət keyfiyyətini artırma, qiymət qırma kimi.)
Fransada bu rəqabət Orange — SfR arasında gedir. Səbəbi 100% fransız kapitalı olan Orange ın, milliyyətçi fikirlərini sıx olaraq yaşayan fransızlara İngilis Vodafonenin SfR operatoru olaraq ön plana çıxarmaqdır.
30 oktyabr 2009 hesabatlarına görə şirkətin bazar dəyəri, 38,2 milyard avrodur.
Orange 113,784 milyon abonenti ilə dünyanın böyük telekommunikasiya şirketlerindendir. (30 iyun 2008-ci il tarixli Hesabat) Bazar payı 43,5 % ilə 24,326 milyon abonenti ilə də Fransanın ən böyüyüdür.
Ölkə | Operator | Qatılım Faizi | Abonent Sayı | Bazardakı Payı | Mövqe |
Fransa | Orange | 100 % | 24,326 milyon | 43,6 % | Birinci |
Böyük Britaniya | Orange | 50 % | 32 milyon | 37 % | İkinci |
İspaniya | Orange | 99,85 % | 11,175 milyon | 22,1 % | Üçüncü |
Ermənistan | Orange Armenia | 100 % | - | ||
Avstrya | Orange | 35 %[4] | 2 milyon[5] | 18 % | Üçüncü |
Belçika | Mobistar | 50,2 % | 3,359 milyon | 32,7 % | İkinci |
Kamerun | Orange | 99,5 % | 2,137 milyon | 42 % | İkinci |
Fildişi Sahili | Orange | 85 % | 4 milyon | 42,5 % | Birinci |
Misir | Mobinil | 51,03 %[6] | 20 milyon | 51,9 % | Birinci |
İordaniya | Orange | 51 % | 1,514 milyon | 33,7 % | İkinci |
Madaqasqar | Orange | 65,9 % | 1,3 milyon | 63,2 % | Birinci |
Mali | Orange | 70,2 % | 2 milyon | 80 % | Birinci |
Mauritius | Orange | 40 % | 552 000 | 59 % | Birinci |
Moldova Respublikası | Orange | 94,3 % | 1,789 milyon[7] | 64,6 % | Birinci |
Polşa | Orange | 0 % (TPSA 47,5 %) | 13,7 milyon | 30,5 % | İkinci |
Portuqaliya | Optimus | 38 % | 3,1 milyon | 19 % | Üçüncü |
Rumıniya | Orange | 96,8 % | 9,813 milyon | 43,6 % | Birinci |
Slovakiya | Orange | 100 % | 2,864 milyon | 49,7 % | Birinci |
İsveçrə | Orange | 100 % | 1,510 milyon | 18,7 % | Üçüncü |
Kenya | Orange Kenya | 51 % | 600 000 | 5 % | Üçüncü |
Uganda | Orange Uganda Limited | 53 % | |||
Tunis | Orange Tunisie | 49 % | 676.000 | 8 % | Üçüncü |
Ekvatorial Qvineya | Orange Guinée équatoriale |
Livebox, Flybox, Unik, İnternet Everywhere və Orange World məhsullarıyla xidmət göstərir.
Orange Business Services 1 iyun 2006 tarixindən etibarən, France Telecom qrupunun bütün təşkilati işlərini və xidmətlərini iş dünyasına təqdim etməkdədir. Bu həll və xidmətlər daha əvvəl Equant, France Telecom Intelmatique, Orange, Etrali, France Telecom, Almerys, SETIB, Expertel Consulting, EGT və Solicia firmaları tərəfindən təqdim olunmaqdaydı. Orange Business Services 166 qlobal nöqtədə yerləşdirilmiş şöbə və personallarıyla 220 ölkəyə xidmət göstərməkdədir.
Telemark qiymətləndirmələrinə və Müştəri Məmnuniyyəti indeksində görə;
Orange Business Services Müştəri Dəstəyi və Görüş sahəsində Ən Yaxşı Qlobal Operator (Best Global Operator for Customer Support and Meeting Requirements) olaraq qəbul edilməkdədir.
Orange Business Services eyni zamanda bir çox "Best class" mükafatı da alıb. Mükafatlar səkkiz meyara görə verilir.