Oraq hüceyrəli anemiya - qırmızı qan hüceyrələrin (eritrositlərin) irsi xəstəliyi. Hemoqlobinopatiyalar (hemoqlobin pozuntuları) qrupuna aiddir, çünki hemoqlobinin beta zəncirində baş vermiş mutasiya sonucunda yaranır[1][2].
XBT-10 təsnifatı | ||
---|---|---|
D57.0 | Krizli Oraq hüceyrəli anemiya
Krizli Hb-SS xəstəliyi | |
D57.1 | Krizsiz oraq hüceyrəli anemiya | |
D57.2 | İkiqat heteroziqot oraq hüceyrəli anemiya | |
D57.3 | Oraq hüceyrəli anemiyaya meyl
Heteroziqot hemoglobin S | |
D57.8 | Digər oraq hüceyrəli anemiyalar | |
XBT-10 onlayn (ÜST — 2006-cı il versiyası) |
Oraq hüceyrəli anemiya əcdadları malyariyanın yayğın olduğu tropik və subtropik bölgərəldə yaşamış şəxslərdə olur: Azərbaycan, Türkiyə, Yunanıstan, Səudiyyə Ərəbistan, Hindistan, Əfqanıstan, Afrika.[3]
Patoloji HbS hemolqlobini
Tez-tez rastlanan genotiplər aşağıdakılardır:
Daha nadir genetik kombinasiyalar isə bunlradır:
Oraq hüceyrəli anemiya erkən uşaqlıqda özünü büruzə verir. İlk 6 aylarında südəmər körpələr hemoqlobin F ilə qorunur, bundan sonra xəstəlik aşkar özünü göstərir.
Xəstəliyin ən sıx rastlanan bəlirtisi vazo-okklyuziv krizlərdir (damar tıxanma krizləri, tutmaları). Bu zaman kiçik qan damarların oraqvarı eritrositlərlə tıxanır, və qan təchizatının pozulması işemik zədələnməyə və ağrılara gətirib çıxarır. Homoziqot Hb S daşıyıcılarının təqribən 50% bu cür ağrı tutmaları keçirir. Ağrıların təkrarlanma tezliyi xəstədən xəstəyə çox fərqlidir: bəzilərində ildə 6 və ya çox tutma olur, bəzilərində isə böyük fasilələrlə olur ya da heç olmur.