Neotinea ustulata (lat. Neotinea ustulata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin neotinea cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B1ab(iii, v) + 2ab (v). Azərbaycanın nadir növüdür.
Neotinea ustulata | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Neotinea ustulata |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Çoxillik ot bitkisidir. Kökyumrusu yumurtavari və ya yumru olur. Gövdəsi 10—25 (50) sm hündürlükdədir. Yarpaqları uzunsov-lansetvari, küt, əsasında daralmış, 8 sm uzunluğunda, 2 sm-dək enində, sivriləşmiş şəkildə olur; çiçək qrupu sıx, uzunsov-silindrik sünbüldə yerləşir. Çiçəkləri bal iylidir. Başcıq 3—4 (5) mm uzunluqda, küt, tünd-qara rənglidir. Çiçəkyanlığının daxili yarpaqları çəhrayı rənglidir; dodaqcıq çiçəkyanlığının yarpaqlarından uzun, açıq-çəhrayı rəngli, al ləkələrlə örtülmüşdür; xarici yarpaqları isə yumurtavaridir. Mahmızı yumurtalıqdan 3-4 dəfə qısa, küt, bükülmüş şəkildə aşağı yönələndir.
Çiçəkləmə-meyvə əmələgətirmə dövrü may –iyun aylarına təsadüf edir. Subalp qurşağının çəmənliklərində rast gəlinir, toxumla çoxalır, işıqsevən, quraqlığa az davamlı, dekorativ bitkidir.
Böyük Qafqazın Quba hissəsi (Quba rayonu).
Təbii ehtiyatı azdır. Zəif təkrarlanması, antropogen təsirlər populyasiyanın sayını sürətlə azaldır.
Əhali tərəfindən dekorativ bitki kimi toplanılması, mənfi təsirlərə məruz qalması gələcəkdə azalma təhlükəsini yaradır.
Xüsusi qorunma tədbirləri aparılmır. Populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, yeni yayılma yerlərinin axtarılması təklif olunur.