Ordubad çınqıl-qum qarışığı yatağı

Ordubad çınqıl-qum qarışığı yatağı- Ordubad şəhərindən cənubda,dəmir yolu stansiyasından 400 metr şimal-şərqdədir.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Geoloji quruluşunda qayma,çınqıl,çaqıl və qum qarışığından ibarət Üst dördüncü dövr yaşlı allüvial-prolüvial çöküntülər iştirak edir.Sahəsi 0.64 kvadrat kilometr,faydalı qatın qalınlığı 5.25-5.95 metrdir.Texnoloji tədqiqatlara görə,çaqıl-çınqıl-qayma qarışığı "200" beton istehsalında dəmir yolu tikintisində ballast örtük kimi istifadəyə yararlıdır.Yatağın sənaye ehtiyatı 6974 min kubmetr təşkil edir.Yataq istismar olunur.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan ensiklopediyası.II cilddə.II cild.Naxçıvan.2005.