Ordubad Konserv Zavodu

Ordubad Konserv Zavodu — 1930-cu ildə istifadəyə verilmiş və Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yerləşən yeyinti sənaye müəssisəsi.[1]

Ordubad Konserv Zavodu 1928-1930-cu illərdə tikilib istifadəyə verilmişdir. Sahəsi 3 hektara yaxındır. Zavodun ilkin gücü ildə 400 min şərti banka (1 şərti banka 400 qram konserv məhsulu deməkdir) olub. Zavod işə başlayanda, əsasən ət konservləri, müxtəlif mürəbbələr və halva məhsulları istehsal edib. Ət konservlərinə tələbat azaldığından həmin məhsulun istehsalı dayandırılıb. 1970-1980-ci illərdə zavodda 20 adda müxtəlif konserv məhsulları (qoz, qızılgül, qovun, ərik, gilənar, tut mürəbbələri, cem, şirələr, ərik və şaftalı kompotları və s.) buraxılıb, olardan 8-i keyfiyyət nişanı alıb. Məhsulları keçmiş SSRİ-nin hər yerində böyük şöhrət tapmışdı. Naxçıvan MR-ın blokada şəraitinə düşməsi ilə əlaqədar zavodda işin ahəngi tədricən azalmışdır.

  1. Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 206. ISBN 5-8066-1468-9.