Ordubad xalq teatrı

Kazım Ziya adına Ordubad xalq teatrıNaxçıvan Muxtar Respublikasının Ordubad rayonunda teatr.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Ordubad xalq teatrı 1964-cü ildə yaradılmışdır.[2] Teatrda Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan", Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Arşın mal alan", "Ər və arvad", Səməd Vurğunun "Fərhad və Şirin", Məmməd Səid Ordubadinin "Beş manatlıq gəlin", Cəlil Məmmədquluzadənin "Kamança" pyesi[3] və s. əsərlər tamaşaya qoyulmuşdur.[4] Hər il Novruz bayramı günlərində"Xan oyunu" tamaşası göstərilir. Yaradılmasının 25 illiyi ilə əlaqədar taetra Naxçıvan Muxtar Respublikasının "əməkdar kollektivi" fəxri adı verilmişdir (1989).[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 205. ISBN 5-8066-1468-9.
  2. "Kazım Ziya adına Ordubad Xalq Teatrı - Mədəni istirahət yerləri". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.
  3. "Ordubad rayon Xalq Teatrı Mirzə Cəlilin "Kamança" pyesi əsasında tamaşa göstərilib. youtube.com". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.
  4. "Ordubad xalq teatrı yenidən səhnədədir azertac.az". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.
  5. "Ordubad Xalq Teatrı fəaliyyətini uğurla davam etdirir". 2018-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.