Orlovetsa mağarası ― Bosniya və Herseqovinada ən uzun ikinci, Serb Respublikası daxilində isə ən uzun mağara. Mağara Orlovetsa təpəsində, Paledən 10 kilometr (6.2 mil) qərbdə, paytaxt Sarayevodan isə 15 kilometr (9.3 mil) şərqdə yerləşir. Yerli insanlar tərəfindən Sava mağarası kimi də tanınır.
Orlovetsa mağarası | |
---|---|
Ümumi məlumatlar | |
Uzunluğu |
|
Sahəsi |
|
Yerləşməsi | |
43°53′00″ şm. e. 18°35′03″ ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mağaranın girişi Sumbulovats kəndinin üstündəki dik bir qayalıqda, dəniz səviyyəsindən 1056 metr yüksəklikdədir. Mağaranın ümumi dərinliyi təxminən 560 metr, araşdırılan keçidlərin ümumi uzunluğu isə təxminən 2500 metrdir.
Orlovetsa mağarasının xalqa cəlbedici olmasını təmin edən amillərdən biri də yuxarı və aşağı hissələrdə əmələ gələn stallaktik və stalaqmit formalaşmalarıdır. Mağaranın ətrafı gəzmək üçün, eləcə də yaxınlıqdan keçən təbii bulağın yaxınlığı piknik üçün əlverişlidir.[2]
Orlevetsa mağarası sabit mikroiqlim ilə xarakterizə olunur. Burada temperatur bütün il ərzində yalnız 8.8 °C (47.8 °F), rütubət isə 90%-dən çoxdur.[3]
İlk kəşfiyyat ekspedisiyası mağaraya 1975-ci ildə daxi olmuşdur və o vaxtdan bəri təxminən 2500 metrlik hissəsi tədqiq edilmişdir. Ekspedisiyalardan birində yaşı 16 000 il olduğu təxmin edilən mağara ayısının sümükləri,[4][5] ətrafında isə tarixə qədərki dövrə aid balta qalıqları və keramika sınıqları tapılmışdır.[3]
Orlovetsa mağarası 2011-ci ildən bəri Serb Respublikasının Mədəni, Tarixi və Təbii İrsin Qorunması üzrə Respublika İnstitutunun Qoruma İnstitutunun himayəsindədir və birinci dərəcəli mühafizə kateqoriyasına daxil edilmişdir. Qorunan ərazinin sahəsi 27,1 hektardır.[6]
1980-ci ildən bəri mağaranın keçidlərinin bir hissəsi turistlər üçün açılsa da, 1992-ci ildən sonra müharibə səbəbiylə ziyarətlər dayandırılmışdı. Orlovetsa mağarası 2002-ci ildən etibarən yenidən turistlərə açılmışdır.[7] Orlovetsa Serb Respublikasında turistlər üçün açıq olan yeganə mağaradır.[7]