Pale (bosn. Pale, serb. Пале / Pale, xorv. Pale) — Bosniya və Herseqovinanın paytaxtı Sarayevodan 10 km cənub-şərqdə yerləşir. Serb Respublikasına daxil olan Pale icmasının mərkəzidir. Şəhərdə dağ-kurortu fəaliyyət göstərir.
Pale | |
---|---|
43°49′ şm. e. 18°34′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 820 m |
Saat qurşağı | |
Digər | |
pale.rs.ba | |
Vikianbarda əlaqəli mediafayllar |
Bosniya müharibəsi illərində şəhər Serb Respublikasının paytaxtı olaraq bilinirdi. Serb Respublikasının konstitusiyasına görə, Sarayevo bu respublikanın paytaxtıdır. Deyton sazişinə görə Bosniya və Herseqovina Federasiyasının tərkibinə daxildir. Hal-hazırda paytaxt əslində Banya Luka şəhərinə köçürülür.
Deyton sazişindən əvvəl Pale Sarayevonun uzaq bir kəndi idi. Bosniya müharibəsi zamanı və sonrası əhalinin etnik xətlər boyunca yenidən bölgüsündən sonra, indi olduğu kimi şəhərə daha çox bənzəməyə başladı.
Pale Bələdiyyəsinin müharibədən əvvəlki Bosniya hissəsi Pale-Praça olaraq bilinir. İndi Bosniya və Herseqovina Federasiyasının (Bosniya-Podrin Kantonu) bir hissəsidir.
Palenin serb sakinləri arasında "Serb Sarayevosu" kimi də tanınır. Buna baxmayaraq Sarayevo ilə Pale sərhədləri arasında təxminən 10 km məsafə var. Paleni Serbiyanın Sarayevo adlandırılmasına davam edirlər, çünki Dayton sazişi imzalandıqdan sonra Sarayevonun özü Bosniya və Herseqovina Federasiyasına mənsub olduğu qəbul edildi. Sarayevoda uzun illər boyunca yaşayan Bosniya serbləri şəhərə bəzi iddiaları saxlamaq istədilər. Sarayevo ilə əlaqəsini əks etdirmək, özünə olan iddiasını gücləndirmək üçün Sarayevoya ən yaxın serb yaşayış məskəni (Serb Respublikası daxilində) məhs pale idi. Bəzən bir qədər kinayə ilə Serbiyanın Sarayevosu adı ilə tanınsada, əslində şəhər coğrafi baxımdan Sarayevodan uzaqdır və onunla infrastruktur bölüşmür. Öz poçt şöbəsi, universitet binaları və s. var.
ümumi 16 119.
1991-ci il siyahıya alınmasına əsasən Pale icmasında 16 310 nəfər yaşayırdı.
Pale şəhərinin özündə 6797 nəfər yaşayırdı:
2013-cü il siyahıyaalınmasına görə şəhərin əhalisi 13,883 nəfər, icma əhalisi isə 22.282 nəfər olmuşdur[1].
Şəhərdə Şərqi Sarayevo Universitetinin İqtisadiyyat fakültəsi fəaliyyət göstərir[2].