Bu məqaləni vikiləşdirmək lazımdır. |
Orsini — Orta əsrlər, İntibah dövründə Roma, İtaliya və Avropada ən nüfuzlu italyan feodal, zadəgan ailələrindən biri. Orsinilər ailəsinə üç Roma Papası — III Selestino (Celestino) (1191 – 1198), III Nikkolo (Nokolas) (1277 – 1280)[1], XIII Benedikt (Benedetto) (1724 – 1730) daxil olub. Bundan əlavə, ailədə 34 kardinal, çoxlu sayda kondotyer və başqa nüfuzlu, məsul siyasi və dini xadimlər daxil olub.
Orsini ailəsi haqda Covanni Bokkaççonun "Dekameron" (5-ci gün, 3-cü novella) əsərində qısa məlumat verilmişdir. Bundan əlavə, mətndə orta əsrlərdə Orsini ailəsinin sahib olduğu Kampo dei Fyori (Campo de' Fiori) qəsri də xatırlanır.
, , ,