Orta Pripyat (belar. Сярэдняя Прыпяць) — Belarus ərazisində olan ölkə əhəmiyyətli landşaft yasaqlığı. Yasaqlıq 1999-cu ildə yaradılmış. Yasaqlıq Brest vilayətinin Stolinski, Pinski, Lunineski, eləcə də Qomel vilayətinin Jitkoviçski rayonları ərazisində formalaşdırılmış[1]. Yasaqlıq Avropada yeganə təbii alt bataqlıq kompleksidir. Kompleksə həmçinin çaylar, subasar meşələr aiddir.
Orta Pripyat | |
---|---|
belar. Сярэдняя Прыпяць | |
| |
BTMB kateqoriyası — IV (Növlərə nəzarət ərazisi) |
|
Sahəsi | 93062,15 ha |
Yaradılma tarixi | 1999 |
Yerləşməsi | |
52°15′00″ şm. e. 27°00′00″ ş. u.HGYO | |
Ölkə | Belarus |
Yaxın şəhər | Lunines |
|
Yasaqlıq 19 iyul 1999-cu ildə, Belarus Respublikasının Nazirlər Sovetinin № 1105 qərarla yaradılmış. Orta Pripyat yasaqlığı üç bioloji yasaqlığın bazası əsasında qurulmuş: «Aşağı Yaseldı», «Laninin mənsəbi» və «Aşağı Sluçi». Ümumi sahəsi 90447 hektardır. Nazirlər Sovetinin 22 noyabr 2013-cü il № 1008 qərarı ilə yasaqlığın sahəsi 2615,15 hektar genişləndirilərək 93062,15 hektara çatdırıldı[2].
Yasqlıq Polesya bölgəsinin baş su arteriyasını — Pripyat çayının orta axarlarını əhatə edir (Yaseldanın mənsəbindən Stviqinin mənsəbinə qədər). Ərazinin ümumi uzunluğu 120 km-dir. Eni isə 4–14 km arasında dəyişir.
Əsas bitopları: meşələr — 35 %, kolluqlar — 8 %, düzənliklər — 30 %, alt bataqlığı — 20 %, çaylar və sahilləri — 4 %, kənd təsərrüfatı sahələri — 2 %, göllər və digər su hövzələri — 1 %[3].
Yasaqlıq ərazisinin 92 % - ni təbii bitkilər əhatə edir. Ərazidə subasar meşələr və düzənliklər çoxluq təşkil edir. Meşələrdə daha çox adı qızılağac və palıd ağacları üstünlük təşkil edir. Orta Pripyat yasaqlığında 725 bitki növü müəyyən olunub. Bunlardan 11 növü Belarusun Qırmızı kitabına daxil edilib.
Yasaqlıq ərazisində su ətrafında məskunlaşmış nadir məməlilərə rast gəlinir. Ərazidə 16 növ suda-quruda yaşayan və sürünən mövcuddur.