Orta yaş böhranı

Orta yaş böhranı 1965-ci ildə Eliot Jaques tərəfindən işlədilmiş termindir. Yetkin insanların öz ölümləri barədə düşünməyə, geri qalan həyatını hesablamağa başlaması ilə xarakterizə olunur. Qadınlarda Menopauza, kişilərdə isə andropauzadan əvvəl dəyişən hormonlarla əlaqədar olaraq cinsi istəklərin artımına verilən ümumi addır. Xanımlarda böhranlı yaş dövrü 40 yaşından sonra başlayır. Bu böhranlı dövr 55 yaşa qədər davam edə bilər. Bu yaşda xanım artıq yaşının keçdiyini, qocaldığını düşünməyə başlayır. Xanımlar bu hisslərinə görə depressiyaya düşə və ya yenidən sevə bilərlər.

İstinadlar[redaktə | mənbəni redaktə et]