Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Orxan Rəfael oğlu Abbasov (21 mart 1980, Astara rayonu) — yer elmləri üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, "Palçıq vulkanizmi" şöbəsinin aparıcı elmi işçisi
Orxan Abbasov | |
---|---|
Doğum tarixi | 21 mart 1980 (44 yaş) |
Doğum yeri | |
Elm sahələri | neft-qaz geologiyası, palçıq vulkanizmi və yanar şistlər |
Elmi dərəcəsi | Yer elmləri üzrə fəlsəfə doktoru |
Elmi adı | dosent |
İş yerləri | AMEA Geologiya və Geofizika İnstitutu |
Təhsili |
Azərbaycan Neft və Sənaye Universiteti (bakalavr, magistr), Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu (fəlsəfə və elmlər doktorluğu) |
Elmi rəhbəri | Prof. Ad.A.Əliyev |
Tanınır | Azərbaycanda yanar şistlərin geologiyasına dair ilk elmi dissertasiyanın müəllifi kimi |
Mükafatları |
Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı (2015, 2017), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Yasamal Rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanı (2017) |
gencalimler.az |
Orxan Rəfael oğlu Abbasov 21 mart 1980-ci ildə Astara rayonunun Vaqo kəndində anadan olmuşdur. 1987-ci ildə Məhərrəm Abıyev adına Vaqo kənd natamam (indiki tam) orta məktəbin 1-ci sinfinə qəbul olunmuş, 1997-ci ildə rayonun Siyəkü kənd orta məktəbini bitirmişdir. 1998-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) "Geoloji-kəşfiyyat" fakültəsinə daxil olmuş, 2002-ci ildə "Neft və qazın geologiyası" ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə eyni fakültənin magistraturasına qəbul edilmiş və 2004-cü ildə "Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı" ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya (indiki Geologiya və Geofizika) İnstitutunda "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisası üzrə aspiranturaya (indiki doktorantura) daxil olunmuşdur.
2008-ci ildə dissertasiya elmi işini müdafiə etmiş, Yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq Qərarı ilə dosent elmi adına yiyələnmişdir. Hazırda, elmlər doktoru hazırlığı üzrə dissertanturanın dördüncü kursunda təhsilini davam etdirir.
Əmək fəaliyyətinə 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunda elmi işçi-tərcüməçi (ingilis dili) kimi başlamış, 2011-ci ildə böyük elmi işçi və 2012-ci ildən indiyədək aparıcı elmi işçi vəzifəsinə yüksəlmişdir. Hazırda, Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərən "Gənc alim və mütəxəssislərin elmi seminarı"na sədrlik edir. O, həm də işlədiyi İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin sədridir.
Orxan Abbasov neft-qaz geologiyası və geokimyası, həmçinin palçıq vulkanizmi problemi, o cümlədən geoekoloji təhlükə riskinin öyrənilməsi istiqamətində tədqiqatlar aparır. O, Azərbaycanın gələcək alternativ yanacaq-enerji və xammal resursu hesab olunan və BMT-nin Baş Assambleyasının 33/148 saylı Qətnaməsində dünyanın yeni perspektivli enerji mənbələri sırasına daxil edilmiş yanar şistlərin hərtərəfli öyrənilməsi istiqamətində tədqiqat aparan yeganə alimlərdəndir. Gənc alim bu istiqamətdə fəlsəfə doktorluğu üzrə elmi dissertasiya yazan ilk müəllifdir. Əvəllər məlum olmayan bir neçə yanar şist saxlayan yeni yataqları aşkar etmişdir.
Elmi fəaliyyəti dövründə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda yerinə yetirilən bir sıra tematik elmi tədqiqat işlərinin, həmçinin SOCAR, Norm, BP, Total və digər dünyanın aparıcı şirkətlərilə bağlanan müqavilə əsaslı elmi tədqiqat layihələrinin əsas içraçısı olmuşdur. Yerli və beynəlxalq (Rusiya, Gürcüstan, Ukrayna, Fransa, Almaniya və s. ölkələrin alimləri ilə birgə) tədqiqatlarda iştirak etmişdir. Ölkə daxilində və ondan kənarda yerinə yetirilən çoxsaylı elmi ekspedisiyaların rəhbəri və əsas icraçısı olmuşdur.
Onun rəhbəri olmuş elmi tədqiqat layihələri 2013 və 2015-ci illərdə SOCAR-ın Elm Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qalibi seçilmişdir.
İndiyədək əldə etdiyi elmi yeniliklər və nəticələr dünyanın çoxsaylı ölkələrində, o cümlədən Rusiya, Norveç, Fransa, Avstriya, ABŞ və s. gəlişmiş ölkələrdə baş tutan elmi konfrans və forumlarda məruzə edilmişdir. Ümumilikdə, 80-ə yaxın elmi əsərin, o cümlədən bir elmi monoqrafiyanın və bir elmi ixtiranın müəllifidir. 20-dən çox elmi məqaləsi dünyanın nüfuzlu Russian Science Citation Index, Scopus, Web of Science və digər elmi bazalarında indeksləşən jurnallarında nəşr edilmişdir. İki elmi məqaləsi neft geologiyası və geokimya istiqamətində dünyanın ən reytinqli jurnalları sırasında olan, yüksək impakt faktora malik, Q1 kateqoriyalı elmi jurnallarda nəşr edilib. Dörd elmi əsəri dünyaca məşhur Harvard Smitsonian Astrofizika Rəsədxanası (Harvard Smithsonian Astrophysical Observatory) və NASA Astrofizika Məlumat Sisteminə (NASA Astrophysics Data System) məxsus elektron kitabxanada yerləşdirilib. Google Schoolar və ResearchGate elmimetrik bazalarda Yer elmləri sahəsində elmi əsərlərinə ən çox istinad edilən gənc alimdir.
Vulkan palçığı xammal əsaslı təbii üzvi mineral mineral kompleksin (gübrənin) hazırlanma texnologiyası ilə əlaqədar elmi ixtirası Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən 2019-cu ildə patentləşdirilib.
Gənc alim Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərən "Karbohidrogen sistemləri" seksiyasının, Ümumrespublika elmi seminarının, Elmi şuranın, həmçinin ED 1.01 Dissertasiya Şurasının nəzdində yaradılan 2521.01 – "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" seminarının və Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təsis edilən "Gənc Tədqiqatçı" elmi jurnalının Redaksiya Heyətinin üzvüdür. Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü, sədrinin baş müşaviridir. Orxan Abbasov həmçinin Avropa Yer Elmləri İttifaqına da üzv seçilmişdir.
2017-ci ildən bəri Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun magistrlərinə "Neft və qaz geologiyasi" və "Yanar faydalı qazıntıların geokimyasina giriş" fənlərini tədris edir. Həmçinin bir magistrin elmi rəhbəridir. Bundan başqa, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft Energetika Kollecində əvəzedici müəllim kimi çalışır.
Çalışdığı İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü kimi respublikada təşkil olunan çoxsaylı elmi-ictimai müsabiqələrin, idman yarışlarının, həmçinin beynəlxalq konfrans və forumların elmi təşkilat komitəsinin sədri, həmsədri və aparıcı üzvü olmuşdur. Ölkənin hüdudlarından kənarda, o cümlədən Rusiyada, Ukraynada, Avstriyada, Hindistanda və s. ölkələrdə bir sıra beynəlxalq forum, konfrans və görüşlərdə Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasını uğurla təmsil etmişdir. AzTv, İTV, Lider, Space və digər telekanallarda, həmçinin müxtəlif qəzet və internet portallarında təşkil olunan vətənpərvəlik, maarifləndirmə mövzularının və elmi diskusiyaların fəal iştirakçısı olmuşdur.
http://www.visions.az/en/news/581/70eb8193/
https://ui.adsabs.harvard.edu/abs/2018EGUGA..20.6467A/abstract
https://scholar.google.com/citations?user=1Nq4V9YAAAAJ&hl=en
https://www.researchgate.net/profile/Orhan_R_Abbasov2
http://www.science.gov.az/forms/doktora-filosofii-instituta-geologii-i-geofiziki/638
http://www.science.gov.az/institutes/15
http://science.gov.az/forms/doktora-filosofii-instituta-geologii-i-geofiziki
http://gencalimler.az/az/content/289
http://palitranews.az/news.php?id=34669 Arxivləşdirilib 2015-03-19 at the Wayback Machine
http://anl.az/down/meqale/palitra/2015/fevral/423771.htm
https://ui.adsabs.harvard.edu/abs/2018EGUGA..2012244N/abstract