Orxan Aras (türkcə:Orhan Aras) (1966, Quzugüdən) — Türkiyənin mühacir yazıçısı, tərcüməçisi və publisisti; Almaniya Yazarlar Birliyinin üzvü, Azərbaycan Yazıçılarlar Birliyi fəxri üzvü.
Orhan Aras | |
---|---|
Orhan Aras | |
Doğum tarixi | 1966 |
Doğum yeri | |
Vətəndaşlığı | Almaniya |
Milliyyəti | Türk |
Təhsili | Ali |
Fəaliyyəti | Yazıçı, tərcüməçi, jurnalist |
Əsərlərinin dili | Türkcə |
Janrlar | Şeir, roman, hekayə |
Orhan Aras 1966-cı ildə Türkiyənin Iğdır şəhərinin Quzugüdən kəndində anadan olmuşdur. Yazıçının mənsub olduğu Quzugüdənli əşirəti Prof. Faruq Sümərə görə, Səlcuqlularla birlikdə Anadoluya gəlmiş, Səfəvilər dönəmində Təbrizə köçmüş, 1560-cı illərdə təkrar Anadoluya geri dönmüşlər. Akademik Ziya Bünyadovun “İrəvannın icmal dəftəri” adlı araşdırmasında isə quzugüdənlilərin İrəvan əhalisi olaraq qeydə alındığı göstərilmişdir.
Yazar ilk təhsilini Quzugüdən kəndində, orta təhsilini Iğdırda, internat məktəbini isə Ərzurum tamamlamışdır.
1982-ci ildə Almaniyaya mühacirət edən Orhan Aras öncə Bochum Universitesində Prof. Herman Varinin Türkoloji dərslərinə qatılmış, daha sonra İqtisadiyyat fakültəsini bitirmişdir.[1]
Əsərlərini almanca yazan Azərbaycan yazıçısı Əsəd bəy (Qurban Səid) haqqında Berlində apardığı araşdırmalar və türkcə və almanca nəşr etdirdiyi “Əsəd bəyin həyatı və jurnalistliyi” adlı araşdırmasıyla 2016-cı ildə filologiya üzrə fəlsəfə doktoru adını almışdır.
2009-ci ildə “Platform” dərgisinin düzənlədiyi şeir yarışmasında “Ağlama nə olursun” şeiri ilə birincilik ödülü alan Orhan Aras, 2020-ci ildə Avropanın ən önəmli qurumlarından olan POYAD tarafından ilin yazıçısı seçilmişdir.
Hazırda Almaniyada yaşayan və Almaniya Yazarlar Birliyinin üzvü olan Orhan Aras, eyni zamanda, Azərbaycan Yazıçılarlar Birliyi fəxri üzvüdür.
Almaniyada yayımlanan “Referans” və “Art/Kultur” dərgisinin yayın müdirliyi vəzifəsini icra etməkdədir. Yazıları Türkiyədə “dibace.net”, Azərbaycanda 525-ci qəzet və “Ədəbiyyat qəzeti” və başqa mətbuat orqanlarında dərc olunmaqdadır.
Orhan Aras almanca, türkcə və azərbaycanca yayımlanmış müxtəlif roman, şeir və araşdırma kitablarının müəllifidir. O həmçinin almancadan türk dilinə bir sıra əsərləri tərcümə etmişdir.
Ailəlidir.