Orxan Vəliyev (alim)

Orxan Vəliyev (22 aprel 1987, Krasnoselsk rayonu) — azərbaycanlı alim, tədqiqatçı,[1] filosof, siyasi elmlər üzrə fəlsəfə doktoru.[2][3]

Orxan Vəliyev
Doğum tarixi (37 yaş)
Doğum yeri Çəmbərək rayonu, Ermənistan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi Siyasi elmlər
Elmi dərəcəsi siyasi elmlər üzrə fəlsəfə doktoru
İş yeri Xəzər Universiteti
Təhsili

Bakı Dövlət Universiteti Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Sakarya Universiteti, Sakarya, Türkiyə
Elmi rəhbəri Prof. Dr. Bünyamin Bezci
researchgate.net/profile…

Orxan Vəliyev 22 aprel 1987-ci ildə Ermənistan SSR-nin Göyçə mahalında anadan olmuşdur. O, orta təhsilini Gəncə şəhərində almış, 2005-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və Psixologiya fakültəsi fəlsəfə ixtisasına qəbul olmuşdur. 2009-cu ildə oradan fəlsəfə ixtisası üzrə məzun olduqdan sonra Vəliyev 2012–2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya üzrə magistr təhsili almışdır.[4] O, Vəliyev Türkiyə Respublikası təqaüdü hesabına Türkiyənin Sakarya Universitetinin Siyasi Elmlər Fakültəsinin Siyasi Elm və Dövlət İdarəçiliyi Kafedrasında doktorantura təhsili almış,[5] 2020-ci ildə "Çarlıq Azərbaycanın Millətləşmə Prosesi: 1850-1920" başlıqlı doktorluq işini[6] yekdilliklə müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmı adını almışdır.[7] O, 2021-ci ildə Türkiyə Respublikası təqaüdü hesabına Trakya Universitetində Professor Nebi Mehdiyevin "Bir Bilme Teorisi" nəzəriyyəsi əsasında "Tarix və Bilik: Azərbaycan Millətçiliyinin Epistemik Təhlili" başlıqlı posdoktorantura tədqiqatı aparmışdır. Vəliyevin Azərbaycan millətquruculuğuna dair türk və Azərbaycan dilində nəşr edilən monoqrafiyası müvafiq sahə üzrə nəşr edilmiş ilk kitabdır.

Orxan Vəliyev Xəzər Universiteti siyasi elmlər və fəlsəfə departamentinin müəllimi və müdiri vəzifəsində çalışır.[8] Khazar Journal of Humanities and Social Sciences jurnalının redaktor müavindir.[9]

Kitablar
  • Azerbaycan'da Milliyetçilik Ulusun ve Ulus-Devletin Oluşumu, Ankara, Türkiye Notları Yayınevi, 2020, 232 s.
    • Tərcüməsi: Azərbaycan Millətçiliyi, Bakı, Milliyyət Araşdırmalar Mərkəzi, 2021, 200 s.
Tərcümələr
  • Hrox, M. (1995). Milli Özünüidarəetmənin Tarixi Bir Çərçivədən Dəyərləndirməsi (National Self-Determination from a Historical Perspective), Canadian Slavonic Papers / Revue Canadienne des Slavistes, 37(¾), 283–299, İstiqlal, 2018, 73–91 s.
Məqalələr
  • Milletini ve Devletini Arayan Bir Etnik Grup: Azerbaycan Örneği (1850–1920)
  • Tarih ve Bilgi: Azerbaycan Milliyetçiliğinin Epistemik Tahlili
  • Ahundzade'de Millet Fikrinin Oluşumunun Miroslav Hroch’un yaklaşımı Çerçevesinde Değerlendirilmesi
  • Resulzade'de Azerbaycancılık İdealini Küçük Millet Modeli Bağlamında Tartışmak
  • Azerbaycan'da Milliyetçilik
  • Çarlık dönemi Azerbaycanı’ın uluslaşma süreci: 1850–1920
  • Çatışma Üzerine Bir Deneme
  • Çarlık Azerbaycan'ında Milliyetçiliğin Gelişimi: 1850–1918
  • Modern Ulusun Oluşumunu İnanç ve İnançsızlık Bağlamında Tartışmak
  • Sekülerleşme ve Milliyetçilik Teorileri Işığında I ve II. Azerbaycan Cumhuriyeti’nin Karşılaştırmalı Tahlili
  • Azərbaycanda millətləşmə prosesinin (1850-1920) modelləşdirilmə cəhdi
  1. "Haqqımızda". Milliyyət Araşdırmalar Mərkəzi (az.). 2022-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2021.
  2. "Orkhan VALIYEV". DergiPark (türk). 2021-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2021.
  3. "Əlif Şəfəq qadağası doğrudurmu? – Türkiyədən yazırlar..." Kulis.az (az.). 15 oktyabr 2020. 2021-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2021.
  4. Vəliyev, Orxan. Azerbaycanı olası Rus işgalindan koruyan stratejik adımlar (türk). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası.
  5. Vəliyev, Orxan; Bezci, Bünyamin. "Ahundzade'de Millet Fikrinin Oluşumunun Miroslav Hroch'un yaklaşımı Çerçevesinde Değerlendirilmesi". bilig Türk Dünyası Sosyal Bilimler Dergisi (türk) (98). 2021: 49. doi:10.12995/bilig.9803.
  6. Vəliyev, Orxan. "ÇARLIK DÖNEMİ AZERBAYCANI'NIN ULUSLAŞMA SÜRECİ: 1850-1920" (PDF) (türk). Sakarya Universiteti. 2020. 2021-12-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-12-27.
  7. Vəliyev, Orxan. "Azərbaycan Milli Hərəkatı: Millətin və Dövlətin Axtarışı (1850-1920)". Milliyyət Araşdırmalar Mərkəzi (az.). 2022-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 dekabr 2021.
  8. khazar.org https://khazar.org/en/item/273 (#bare_url_missing_title). 2023-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-05.
  9. ejournal.khazar.org https://ejournal.khazar.org/index.php/kjhss (#bare_url_missing_title). 2023-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-05.