Oryol i Reşka

"Oryol i Reşka" (ukr. Орел і Решка)2011-ci ildən yayımlanan Ukrayna televiziya səyahət televiziya verilişidir.[1]

Oryol i Reşka
Орёл и решка
Janr Səyahət şousu
Direktor Yelena Sinelnikova
Rejissor Yevgeniy Sinelnikov
Anton Şerbakov
Vasiliy Xomko
Yaroslav Andryuşenko
Ssenari müəllifi Sergey Simançuk
David Baqiayev
İstehsalçı Pyatnitsa!
İstehsalçı ölkə Ukrayna Ukrayna
Dil Rusca
Mövsüm sayı 21
Buraxılış sayı 430
İlk buraxılış 13 Fevral, 2011
İstehsal
Prodüser Natella Krapvina
Yelena Sinelnikova
Çəkiliş yeri Yer bayrağı müxtəlif ölkələr
Müddəti 37-55 dəqiqə arası
Veriliş
Kanal Ukrayna İnter TV
Rusiya Pyatniça!
Ukrayna İnter+
Polşa TTV
Estoniya 3+ Telekanalı
Belarus Belarus 2
Təsvirin formatı 1080p; 16:9 (HDTV)
Səsin formatı Stereo
Xronologiyası
Oxşar verilişlər Oryol və Reşka Şoppinq
orelireshka.tv
teenspirit.tv/projects.p…
orel-i-reshka.friday.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Veriliş ilk yayımlardan bəri Ukraynanın "İnter" telekanalında yayımlanıb. Sonradan təkrar yayımları "K1" (Ukrayna), "Pyatniça!" (Rusiya)," Yeddinci Kanal" (Qazaxıstan)," TTV "(Polşa)," Belarus 2 "(Belarus),"3+" (Estoniya) kanallarında yayımlanıb.

Hər həftəsonu iki aparıcı dünyanın müxtəlif şəhərlərinə göndərilir. Proqramın qaydalarına əsasən, onlardan biri şənbə və bazar günlərini 100 dollar ilə yaşamalıdır, ikincisi isə "qızıl" bank kartında saxlanılan limitsiz vəsait sərf edə bilər.

Veriliş çərçivəsində aparıcılardan biri şəhərin əsas görməli yerləri ilə tanış olur, digəri, "Qızıl Bank Kartının" sahibi isə adətən otellərin adlarını təklif edir və ya digər xidmətlərin dəyərlərindən, qiymətlərindən bəhs edir.

  1. "5 способов, которые помогли прославиться простым жителям Коми в 2018 году". www.komi.kp.ru. www.komi.kp.ru. 2019-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2018.