Osarsif (yun. Ὀσαρσίφ) — Musa ilə eyniləşdirilən əfsanəvi Qədim Misir şəxsiyyəti. Onun hekayəsini Ptolemey dövrünün Misir tarixçisi Manefon özünün "Aegyptiaca" əsərində (e.ə. III əsrin birinci yarısı) nəql etmişdir. Manefonun əsəri qorunub-saxlanılmamışdır, lakin b.e. I əsrində yaşamış yəhudi tarixçisi İosif ondan geniş sitatlar gətirir.
Hekayədə Osarsifin Ramzesin oğlu və əsl adı Sefos (Seti) olan Ramzesin atası olan Amenhotep adlı firona qarşı cüzamlılar və digər natəmiz insanlar ordusuna rəhbərlik edən misirli kahin kimi təsvir edilir.[1] Firon ölkədən qovulur və cüzamlılar ordusu hiksoslarla ittifaqda Misiri viran edir, tanrılara qarşı bir çox qurbanlar edir. Sonra Amenhotep qayıdıb onları qovur. Hekayənin sonuna doğru Osarsif adını dəyişərək Musa qoyur.[2]