Osetin piroqu

rigth

Osetin piroqu-(oset. чъиритæ; в — къеретæ) Xəmir və içlikdən ibarət piroqdur.

Diametri 30–40 sm, qalınlığı isə 2 sm olur. Bəzən üçbucaq formasında olur. Məşhur Osetin piroqunun tarixi 1 əsrə aiddir. Osetin mətbəxinin tarixinə Osetin xalqının tarixi də təsir etmişdir (məs: skif, sarmat, alanlar) ki, onun da tərkibində süd və ət məhsulları üstünlük təşkil edir. Əvvəllər Osetin piroqları mayasız xəmirlərdən hazırlanırdı. Adətən o nazik olurdu və onun hündür olması onu hazırlayanın bacarıqsız olmasını göstərirdi.[1]

Kəsilmiş Osetin piroqu

İçliyindən asılı olaraq Osetin piroqlarının müxtəlif adları olur.[2]

Əsas növləri:

Davondjin (осет. давонджын, дабонгун) —Limon yarpaqları ilə Osetin pendirli piroq

Kabuskadjin (осет. къабускаджын, къабускагун) — Doğranmış kələmpendirli piroq

Kartofjin (осет. картофджын, картофгун) — Kartoflupendirli piroq

Nasdjin (осет. насджын, насгун) — Doğranmı yemişli piroq

Xabizdjin (осет. уæлибæх, хæбизджын, æхцин, цихтгун) — Yumru formada Osetin pendirli

Artadzıxon (осет. æртæдзыхон, сæфсат) — Üçbucaq formasında pendirli piroq

Fıdjin (осет. фыдджын, фидгун) —Doğranmış mal ətli piroq

Kadurdjin (осет. хъæдурджын, хъæдоргун) — Lobyalı piroq

Çaxaradjin (осет. цæхæраджын, дзæхæрагун) — Çuğundurpendirli piroq

Kadındzjin (осет. хъæдындзджын, гъæдзиндзгун) — Yaşıl soğan və Osetin pendirli piroq

Zokodjin (осет. къозоджын, зокъоджын, къозогун) — Göbələkli piroq

Baldjin (осет. балджын, балгун) — Albalı içlikli piroq

Osetin piroqunun qədim tarixinə əsasən bayram və toy məclislərində stola üç piroq qoyulur ki, onun biri Tanrı üçün, digəri Günəş üçün, digəri isə Yer üçün olmalıdır. Ancaq yas mərasimlərində iki piroq qoyulur. Biri əskik olur ki, buda Günəşin şərəfinə qoyulan olur ki, oda dünyasını dəyişən adama ithaf olunur.[3]

1 kq Osetin piroquna 300 qr xəmir və 700 qr içlik qoyulur.[4]

İnqridiyentlər 100 qr da kalorililik
Mayalı xəmir 274
Yağlı mayalı xəmir 266
Pendir 200–250
Кələm 28
Lobya 330
Göbələk 25
Meyvə 50–60
Mal əti 194
Qoyun əti 220
Toyuq filesi 167
Qızıl balıq 203
Bitki yağı 884

Müasir dövrdə

[redaktə | mənbəni redaktə et]

Kafe və restoran persanalının fikrinə görə Osetin piroqları pizzaya bərabər hesab edilərək çox sifariş olunurş Bu piroqları bişirib və çatdırılmasını təşkil edən nəinki Osetiyada həm də Rusiyanın bir çox şəhərlərində, Ukraynada da bu cür sexlər fəaliyyət göstərir. O milli yemək kimi Yuneskonun mədəni irsinə daxil edilmişdir.[5][6]

  1. "Абаев В. И. Краткий грамматический очерк осетинского языка". 2011-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  2. "Осетинские заимствования в русском языке". 2011-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  3. "В отличие от первого варианта, [на траурной трапезе] отсутствует средний пирог, символизирующий "солнце", а символы "земли" и "бога" остаются неизменными. В осетинской народной поэзии, связанной с похоронно-поминальной обрядностью, часто употребляется оборот "мæ хур бахуыссыд; мæ хур аныгъуылд / погасло моё солнце; закатилось моё солнце". В этой же связи — осетинская паремия "Нæ дуне йыл баталынг / Покрылся мраком его мир"" // Вилен Уарзиати. О столике "фынг" и ритуальной пище осетин Arxivləşdirilib 2014-07-14 at the Wayback Machine.
  4. Калорийность осетинских пирогов Arxivləşdirilib 2021-10-21 at the Wayback Machine (рус.). pirogor.ru. pirogor.ru. Проверено 26 августа 2017.
  5. "Осетинские пироги могут включить в список ЮНЕСКО благодаря школьнику". 2016-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
  6. http://gradus.pro/vos-miklassnik-iz-severnoj-osetii-dobivaetsya-vklyucheniya-osetinskih-pirogov-v-spisok-yunesko/ Arxivləşdirilib 2016-05-09 at the Wayback Machine