Osima yap. 渡島 半島 — Hokkaydo adasının cənub-qərbində yerləşir. Yarımada Kuromasunay çökəkliyinin cənubunda yerləşir. Ərazidə Sussu və Osyamambe yaşayış məntəqələri vardır. Yarımadanın şərqində Utiura körfəzi, qərbində isə Yapon dənizi onun sahillərini yuyur. Çökəklikdən cənubda çoxlu sayda vulkanlar vardır. Onlardan ən irisi Yotey, Komaqake və Esandır. Yarımadanın vənubunda Sanqar boğazı yerləşir.
Osima yarımadası | |
---|---|
Yerləşməsi | |
41°51′ şm. e. 140°18′ ş. u.HGYO | |
Akvatoriya | Sakit okean/Yapon dənizi |
Ölkə | Yaponiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yarımadanın ərazisi dağlıqdır. Osima dağları Honsü adasında yerləşən Ou dağlarının adını təşkil edir. Burada ən iri düzənlik Hokodate düzənliyidir ki, oda Ono çayının axdığı ərazidir. Əsasən Fıstıq meşələri geniş yayılıb.
Yarımadada yaşayan əhalinin əsas məşğuliyyəti balıqçılıq və kənd təsərüffatıdır. İnzibati cəhətdən Osima vilayətinin ərazisində yerləşir.