Osiyek Universiteti və ya tam adı Yosip Yuray Ştrosmayer adına Osiyek Universiteti (xorv. Sveučilište J. J. Strossmayera u Osijeku) — Xorvatiyanın Osiyek şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Zeljko Turkaljdır[2].
Osiyek Universiteti | |
---|---|
Əsası qoyulub | 1975 |
Tip | Dövlət |
Rektor | Zeljko Turkalj |
Tələbə sayı | 20.000 (2008/2009) |
Şəhər | Osiyek şəhəri |
Ölkə | |
Sayt | unios.hr |
Osiyek Universitetinin əsası Xorvatiya parlamentinin 26 mart 1975-ci il tarixli qərarına əsasən qoyulmuşdur. 2 ay sonra isə 31 may 1975-ci ildə universitetin qurulması ilə bağlı Zaqreb Universiteti ilə və bir sıra başqa qurumlarla anlaşma imzalandı. Belə ki, 1959-cu ildən Osiyek şəhərində Zaqreb Universitetinin İqtisadiyyat fakültəsinin tədqiqat mərkəzi yerləşirdi. Bütün bunlar Universitetin qurulması üçün mühüm baza roluna malik idi.
Universitetin əsas binası 1895-ci ildə inşa edilmişdir.
Hazırda bu universitet 1815-1905-ci illərdə yaşamış katolik ilahiyyatçısı və siyasətçi Yosip Yuray Ştrosmayerin[3] adını daşıyır.
Bütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur.
Universitetin 11 fakültəsi var:
Universitetin 1 akademiyası və 5 departamenti var:
Universitetin zəngin kitabxana fondu var. Kitabxanasında 550 min nüsxə kitab toplanmışdır.
2008/2009 tədris ilində universitetdə təxminən 20.000 tələbə təhsil almışdır. Müəllimlərin, peşə və elmi fəaliyyətdə məşğul olanların sayı isə 1150 nəfər idi.
Universitetə rəhbərliyi rektor edir.
Universitet fəaliyyəti dövründə bir çox universitetlərlə əməkdaşlıq etmişdir.