Siracəddin Osman Muxtari (1074 – 1149) — Qəznəvi saray şairi.
Osman Muxtari | |
---|---|
Doğum tarixi | 1074 |
Vəfat tarixi | 1149 |
Fəaliyyəti | şair |
Siracəddin Osman Muxtari Qəznəvi farsdilli ədəbiyyatda özünün 8 min beytlik divanı və "Şəhriyarnamə" poeması ilə məş-hurdur. Şairin bu poeması vaxtilə Firdövsinin yazdığı "Şahnamə" epopeyasının davamıdır. Poemada Rüstəmin nəticəsi Bərzunun oğlu Şəhriyarın qəhrəmanlığından bəhs olunur. Mifik qəhrəman olan Şəh-riyarın bütün şücaəti Hindistanda olur. Firdovsidə bəhs edilən İran-Turan artıq bu poemada yoxdur. Poemada Qəznəvilərin siyasəti ön plana çəkilmişdir. Burada müsəlman və qeyri-müsəlman olan hind tayfaları arasındakı mübarizədən bəhs olunur. Poema Sultan Məsuda III ithaf olunur. Muxtari onun üzərində üç il işləmişdir. Təəssüflər ol-sun ki, həmin poema tam şəkildə zəmanəmizə gəlib çatmamışdır, yalnız bəzi epizodlar bizə məlumdur. Muxtari həm Qəznəvilərin, həm də Səlcuqların sarayında şairlik etmişdir.
Səlcuqların hakimiyyətinin genişləndirilməsi ilə, Qəznəvilərin ərazisi son dərəcə azaldı. Artıq onlar əvvəlki kimi Yaxın Şərqin və Orta Asiyanın geniş ərazisində deyil, indiki Əfqanıstan, Pakistan və Hindistan ərazilərində olan məhdud cöğrafi ərazidə səlcuqların hima-yəsi ilə hökmranlıq edirdilər. Bununla belə, onların ədəbiyyata olan maraqları azalmamışdır.