Osman Nuri Topbaş (21 yanvar 1942, İstanbul) — İslam alimi, din xadimi, mütəsəvvif, yazıçı.
İbtidai təhsilini Ərənköy Zihni paşa ibtidai məktəbində almışdır. İlk təhsil illərində xüsusi Quran kurslarında təhsil alıb.[1]
1953-cü ildə İstanbul İmam Xətib məktəbinə daxil olub. O illərdə bu məktəb Osmanlı imperiyasının böyük tanınmış şəxsləri sayılan M. Cəlaləddin Öktən, Mahir İz kimi ustadların, Nurəddin Topçu kimi Qərbdə təhsil almış mütəfəkkirlərin müəllimlik etdiyi önəmli bir qurum idi. Əmisi və yaşıdı Abidin Topbaş ilə birlikdə 1960-cı ildə bu məktəbi bitirdi.İmam Xətib illərində adı çəkilən böyük müəllimlərdən əlavə, M. Zəkayi Qonrapa, Yaman Dədə (Əbdülqadir Keçeoğlu), Əhməd Davudoğlu, Mahmud Bayram, Əli Rza Sağman kimi müəllimlərdən də dərs aldı.[2]
Təhsili başa vurduqdan sonra bir müddət ticarət və sənaye sahəsində fəaliyyətini davam etdirir. 1962-ci ildə hərbi xidmətə yollanan Nuri Siirt-Tilloda ehtiyat zabit kimi müəllimlik edir. Hərbi xidmətdə olduğu illərdə müəllim olmaq arzusu ilə alışıb-yanan Nuri insanlara təhsil vermək və gənclərlə məşğul olmaqdan həzz alırdı.[3]
Tarix, ədəbiyyat, dini elmlər və poeziyaya olan marağı səbəbindən yazıçılıq fəaliyyətinə 1990-cı illərdən başlayıb. Kitabları bir çox dillərə tərcümə olunan Osman Nuri Topbaş bu dillərin danışıldığı ölkələrdən seminar, konfrans və panel təkliflərini qəbul edir, fikirlərini bölüşür və bu xidmətini davam etdirir.[4]
Yazmış olduğu kitabların bəzilərinin adları:[5][6]
- Məsnəvi Bağçasından: Bir Qab Su (1–2)[7][8][9][10][11]
- Rəhmət Əsintiləri[12][13][14][15]
- Tarixdən Günümüzə İbrət İşıqları[16]
- Abidə Şəxsiyyətləri və Müəssisələriylə Osmanlı[17][18]
- İslam Îman İbadət[19][20][21][22]
- Nəbilər Silsiləsi 1[23][24][25][26]–2[27][28]-3[29]
- Həzrəti Məhəmməd Mustafa 1[30]–2
- İmandan Ehsana Təsəvvüf[31][32][33][34]
- Vaqif-İnfaq-Xidmət[35][36][37][38]
- Könül Bağçasından: Məhəbbətdəki Sirr[39][40]
- Könül Bağçasından: Son Nəfəs[41][42][43][44]
- Könül Bağçasından: Səadət Damlaları[45]
- Məsnəvi Dəryasından: Abi-Həyat Qətrələri[46][47]
- Dünyadakı Cənnət: Dinc Ailə Yuvası[48][49][50]
- Məhəmməd Mustafa -salləllahu aleyhi və səlləm- Əmsalsız Örnək Şəxsiyyət[51][52][53][54]
- Xudayinin Ziyafət Süfrəsindən
- Tarixə Yolçuluq
- Fəzilətlər Mədəniyyəti (1–2)[55]
- Xeyirli Həcc və Ümrə[56][57][58]
- Əbədi Fəcrə Doğru: Məhəbbət və Mərifət[59]
- Məsnəvi Bağçasından: İnsan Deyilən Müəmma[60]
- Könül Bağçasından: Elə Bir Rəhmət Ki[61][62][63]
- Könül İqlimində: Damladan Dəryaya
- İxlas Və Təqva[64]
- Aləmlərə Rəhmət Hz. Məhəmməd – Əbədi Möcüzə Qurani-Kərim[65]
- Ən Böyük İlahi Rəhmət
- Sirr Və Hikmət İnciləri 1[66]–2
- Müsəlmanın Özü ilə İmtahanında Təsəvvüf[67][68]
- O -salləllahu aleyhi və səlləm- Necə Öyrədirdi?
- Onun -salləllahu aleyhi və səlləm- Təhsil Dili
- Könül Dərgahından: Həqiqət İnciləri[69]
- Keçmişdən Gələcəyə
- Haqq Dostlarından Hikmətlər: – Bəyazid Bistami[70]
- Təhsildə Prioritetlərimiz
|
- Peyğəmbər Peşəsi: İnsanın Tərbiyəsi
- Haqq dostlarının örnək əxlaqından 1[71][72]–2
- Təhsildə 101 Addım[73]
- Bir Nəsihət, Min Bir İbrət…[74][75]
- Əsri-Səadət Toplumu[76][77][78]
- Nəbəvi Bir təhsil Metodu Söhbət və Ədəbi
- Mənəvi Zirvələrin Ülvi Pilləsi Xidmət
- Kainat, İnsan və Quranda Təfəkkür[79][80][81]
- Haqqa Həsr Olunmuş Gənclik[82]
- 40 Sual 40 Cavab
- Haqq Yolçuluğu[83][84][85][86]
- Fəxri-Aləm – Həbibi-Xuda HZ. Məhəmməd Mustafa
- Damla və Dərya Dünya və Axirət
- Qızıl Silsilə
- Nəsil Narahatlığı
- Haqq Din İslam[87]
- Müsəlmanın pul ilə imtahanı[88][89][90]
- Hidayət Günəşi
- Əcdadımız və Biz
- Xidmətdə 101 Əsas[91][92]
- Könül Bağçasından: Haqq Dostlarından Hikmətlər 1
- İslam Nəzərində Ağıl və Fəlsəfə[93][94][95]
- Haqq Dostlarından Hikmətlər: – Cəfər Sadiq[96]
- Haqq Dostlarından Hikmətlər: – İmam Rəbbani[97][98]
- Bizim Mədəniyyətimiz
- Könüllər Sultanı Əfəndimiz- salləllahu aleyhi və səlləm-ə Məhəbbət
- Qəlbin Göz Yaşları[99]
- Səlihə Xanım
- Məktəbi-Aləm Kainat: Quran Və İnsan[100][101]
- Haqq Dostlarından Hikmətlər: – Xalid Bağdadi[102][103]
- Haqq Dostlarından Hikmətlər: Şah Nəqşibənd[104]
- Cəmiyyətin Qəlbindəki Yara İsraf
- Rəhmət Peyğəmbəri -salləllahu aleyhi və səlləm- və Biz (Müsahibə)
- Cahan Səmamızda Baqi Qalan Xoş Sədalar
|