Əziz Mahmud Xudayi

Əziz Mahmud Xudayi (1541, Şərəfliqoçhisar, Ankara ili1628, Konstantinopol) — 948-ci ildə (1541) Şərəfliqoçhisarda anadan olub. Qanuninin nəvəsi Mehrimah Sultandan olan nəvəsi Aişə Sultan(ö. 1598) ilə də evləndiyi rəvayət edilən Əziz Mahmud Xudayi hicri Səfər ayı 1038-ci ildə (Oktyabr 1628) vəfat edib. Altısı qız olmaqla on bir övladı var idi və nəsli qızları Ümmügülsüm (ö. 1641), Zeynəb(ö. 1642) və Fatma Zəhra (ö. 1675) vasitəsilə davam edib.[1]

Əziz Mahmud Xudayi
Qazı, Cəlvəti təriqətinin qurucusu, mütəsəvvüf, şair
Şəxsi məlumatlar
Doğum tarixi 1541
Doğum yeri
Vəfat tarixi 1628
Vəfat yeri
Atası Fədlullah bin Mahmud
Həyat yoldaşı Aişə Hümaşah Sultan
Uşaqları Ümmügülsüm, Zeynəb, Fatma Zəhra və daha 8 övlad
Dini İslam

Əsl adı Mahmuddur. "Xudayi" adı və "Əziz" sifəti ona sonradan ona verilib. Cüneyd əl-Bağdadinin nəslindən olub "Seyyid"dir.[2]

1541-ci ildə Şərəfliqoçhisarda anadan olan şair mütəsəvvif, Cəlvətiyyə təriqətinin qurucusu Mahmud Xudayi uşaqlığını keçirdiyi Sivrihisarda ilk təhsilini almağa başladı. Sonra İstanbula gəlib və Kiçikayasofya mədrəsəsinə daxil oldu.

Mədrəsədə təhsilini başa vurduqdan sonra müəllimi Nazirzadə Ramazan əfəndinin köməkçisi oldu. Təhsil aldığı və oxuduğu illərdə Xəlvətiyyə təriqətinə mənsub olan Kiçikayasofa məscidinin şeyxi Nurəddinzadə Müslixuddin əfəndi ilə ünsiyyət qurmağa davam etdi. Müəllimi Nazirzadə Ədirnədəki Səlimiyyə mədrəsəsinə müəllim, Misirdə və Dəməşqdə Qazı təyin olunduğu illərdə belə onu yanından ayırmadı.

Mahmud Xudayi Misirdə müəllimi ilə birlikdə olduğu dövrdə, Xəlvətiyyə təriqətinin Dəmirdaşiyyə qolundan Kərimuddin əl-Xəlvətidən "üsül-i əsma" təhsili aldı. 1573-cü ildə Misirdən qayıtdıqdan sonra Bursadakı Fərhadiyə mədrəsəsinə müəllim və Cami-Ətiq məhkəməsinə naib kimi təyin edildi. Onun müəllimi Nazirzadə Bursa mövləviyətinə gətirildi. Bursaya gəlişinin üçüncü ilində müəllimi vəfat etdi.

Tələbəlik və müridlik illərindən bəri təsəvvüf çevrəsi ilə sıx təmasda olan Xudayi, müəlliminin ölümünə göstərdiyi dərin təsir səbəbiylə rəsmi vəzifələrini tərk etdi və əvvəllər xütbələrində və söhbətlərində iştirak etdiyi Mühyəddin Üftadəyə müraciət etdi. Onun Seyri-sülukunu cəmi üç ildə başa vurdu.

Şeyx Üftadə onu məmləkəti Sivrihisara xəlifə təyin etdi. Yalnız altı ay burada qalan Xudayi şeyxi Üftadəni ziyarət etmək üçün təkrar Bursaya geri qayıtdı, lakin bu vaxt şeyxi vəfat etdiyi üçün Rumelinə qayıtdı. Bir müddət Trakya və Balkanlarda qaldıqdan sonra İstanbula gəldi.

Səkkiz il Şeyxülislam Xoca Sadəddin əfəndinin göstərişi ilə təyin olunduğu Kiçikayasofya məscidinin Təkkəsində Şeyx vəzifəsini icra etdi. Digər tərəfdən, Fateh Məscidində təbliğçi olub, təfsir və hədis oxuyurdu. Daha sonra 1589-cu ildə Üsküdarda Xudayi Dərgahın yerləşdiyi yeri satın aldı.

Dərgahın tikintisində daha yaxından iştirak etmək üçün iqamətgahını Rum Mehmet Paşa Məscidinin ətrafına köçürdü. 1595-ci ildə dərgachın inşası başa çatdı. 1599-cu ildə Fatih Məscidində vaizlikdən çıxıb, Üsküdar Mehrimah Sultan məscidində cümə axşamları vəz verməyə başladı. Əziz Mahmud Xudayi Sultan Əhməd məscidinin açılışında (1616) ilk xütbəsini oxudu və hər ayın ilk bazar ertəsi burada vəz razı oldu.

Əziz Mahmud Xudayi 1628-ci ilin oktyabrında vəfat etdi.[3]

  1. "AZİZ MAHMUD HÜDÂYÎ". islamansiklopedisi.org.tr. 1991. 11 aprel 2023 tarixində arxivləşdirilib.
  2. "AZÎZ MAHMÛD HÜDÂYİ HAZRETLERİ'NİN HAYATI". www.hudayivakfi.org. 11 aprel 2023 tarixində arxivləşdirilib.
  3. "Aziz Mahmud Hüdayi Hazretleri Kimdir?". www.islamveihsan.com. 11 aprel 2023 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]