Osman Paşa (admiral)

Osman Paşa (türk. Patrona Osman Paşa d. 1792,[1][2] Rize - ö. 1860[3][4]) — Türk admiral. Sinop döyüşündə Osmanlı donanmasının komandanı.

Osman
türk. Patrona Osman Paşa
Yaralı Osman Paşa Sevastopolda əsirlikdə
Yaralı Osman Paşa Sevastopolda əsirlikdə
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Türkiyə
Vəfat tarixi
Vəfat yeri Rizə
Vətəndaşlığı Osmanlı İmperiyası
Hərbi fəaliyyəti
Mənsubiyyəti Türkiyə Osmanlı İmperiyası
Qoşun növü Osmanlı hərbi dəniz qüvvələri, Misir hərbi dəniz qüvvələri
Rütbəsi vitse-admiral
Döyüşlər Krım müharibəsi
Sinop döyüşü
Osman Paşanın qılıncı. Sevastopolda Rusiya Qara dəniz donanmasının muzeyində saxlanılır

Misir hərbi-dəniz məktəbinin yetirməsidir. 1825 - 1830-cu illərdə Misir Donanmasında gəmi rəisi vəzifəsini icra etmişdir. Sonradan İstanbula gələrək və Osmanlı Donanmasında xidmətə başlamışdır. Krım müharibəsi başlayanda 12 gəmidən ibarət Qara Dəniz Donanması təşkil edildi. İnceburun ilə Amasra məntəqələri arasında keşik çəkən bu donanmanın komandiri təyin edildi.

Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donnanmasının komandanı admiral Pavel Naximov güclü bir fırtına səbəbiylə Osmanlı Donanmasının Sinopda lövbər salması xəbərini alınca 1853-cü ilin noyabrın 30-da altı böyük döyüş gəmisi ilə limana qəfil basqın etdi. Təxminən 3 saat davam edən Sinop basqını bütün Osmanlı donanmasının məhv edilməsi ilə nəticələndi. Basqın zaqmanı 2000-dən çox Osmanlı dənizçisi həyatını itirdi. Dəhişətli top atəşinə tutulan Sinop şəhərinin yarısı külə döndü. Osman Paşa isə ayağından yaralansa da, gəmi heyəti ilə birgə batan "Auni-Allah" freqatını tərk etməkdən imtina etdi. Miçman Panyutin tərəfindən xilas edilərək "İmperatritça Mariya" gəmisinə gətirildi. Əsir düşən Osman Paşa 1856-cı ilə qədər Odessada yaşadı. Krım müharibəsinin bitməsi nəticəsində imzalanan Paris sülhündən sonra azad edidi və vətəninə dönmək imkanı qazandı.

Ölkəyə qayıtdıqdan sonra Rizədə yaşamağa məcbur oldu. 1860-cı ildə Rizədə vəfat etdi.

O, 1890-cı ildə sentyabrın 6-da Yaponiya sahllərində batan "Ertuğrul" gəmisinin kapitanı Əli Osman Paşanın (mirliva) babası idi.

  • Осман-паша  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  1. Pierer's Universal-Lexikon der Gegenwart und Vergangenheit, Vol. 12 (Osman), s. 367. Altenburg 1861
  2. Meyers Konversationslexikon, Vol. 12, s. 391f, Third Edition, Leipzig 1877
  3. "Patrona Osman Paşa". 2015-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-19.
  4. Candan Badem: The Ottoman Crimean War (1853 - 1856), s. 113-136. Brill, Leiden 2010