Ossillyasion-fərziyyə

Ossillyasion-fərziyyə- (rus. осцилляционная гипо­теза, ing. oscillation hypothesis) /fran. oscillation - titrəyiş, tərəddüd/ Xaarman tərəfin­dən təklif edilmiş fərziyyə. O.f. tektonik strukturların əmələ gəl­məsini kosmik quvvələrin təsiri altın­da yaranan qabıqaltı plastik kütlənin yerdəyişməsi nəticəsində əmələ gələn yer qabığının titrəyişli hərəkətləri  ilə izah edir.

Xaarman qırışıqların əmələ­gəlməsində sıxılmanın rolunu rədd edir. Xaarman fərziyyəsinə qarşı müxtəlif etirazlar mövcuddur.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Ossillyasion-fərziyyə // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.