Bu məqaləni vikiləşdirmək lazımdır. |
Osteoartroz və ya osteoartrit (OA) — Oynağın bütün komponentlərinin zədələnməsinə gətirən ələlxüsus: qığırdağların və həmçinin subxondral sümüyün, sinovial qişaların, bağların, kapsulanın, periartikulyar əzələlərin və oxşar bioloji, morfoloji, kliniki əlamətlərlə səciyyələnən müxtəlif mənşəli heterogen xəstəliklər qrupudur.
Osteoartroz | |
---|---|
XBT-10 | M15, M19, M47 |
XBT-9 | 715715 |
XBT-9-KM | 715.3[1] |
OMIM | 165720 |
DiseasesDB | 9313 |
MedlinePlus | 000423 |
MeSH | D010003 |
Vikianbarda əlaqəli mediafayllar |
Yer kürəsi əhalisi arasında OA tezliyi 20 % hesab olunur, bu da 100 000 əhaliyə 8,2 təsadüf təşkil edir.
Revmatik xəstəliklər arasında OA tezliyi 63–65% təşkil edir . Qadınlar kişilərdən 2 dəfə çox OA xəstələnirlər.
Xəstələnmə daha çox 40–60 yaşlarda rast gəlir, lakin yaşın artması ilə xəstəliyin tezliyi artır, belə ki: OA inkişafı 50 yaşlılarda – 27%, 60 yaşdan yuxarı insanlarda isə artıq –97% təşkil edir. Koksartrozun inkişafında cinslə əlaqə izlənmir; diz oynaqın artrozu daha çox qadınlarda müşahidə olur.
Endogen amillər:- Yaş, Cins, Skeletin inkişaf defektləri, Irsi meyillik
Ekzogen amillər:- Travmalar, Peşə qabiliyyət, Sport aktivliyi, Artıq bədən kütləsi OA — birinci növbədə — oyanaq qığırdağının xəstəliyidir.
Sağlam insanlarda qığırdaq toxumasında keçən metabolik proseslər: matriks komponentlərinin sintezi və deqradasiyası — tarazılıq vəziyyətdədir.
Bu tarazılığı xondrositlər təmin edir. Formalaşmış qığırdaq damarlarla təmin olur. Xondrositlər sinovial mayedən maddələrin difuziyası hesabına qidalanırlar. Oynağın yüklənməsindən sonra qıda maddələrin difuziyası asanlaşır. Yükləmədə su qığırdaqdan sinovial boşluğuna keçir.
Qığırdaq mübadiləsinin pozulması nəticəsində deqradasiya proseslərin (katabolizm) inkişafı sintez proseslərinə (anabolizm) qarşı üstünlük təşkil edir.
Birincili OA vaxtı oynaq zədələnmələri xarakterik lokalizasiyası ilə səciyyələnir və daha çox skeletin iri oynaqları bu xəstəliyə məruz qalır .
Bir qədər az:
Rentgenoqrafiya:
Müalicə üsulları
BİRİNCİLİ
İKİNCİLİ