Osteoparoz (yunanca: osteo — sümük, poros-dəlik deməkdir)- skeletin metabolik xəstəliyi olub,sümük toxumasının zədələnməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlikdir. Osteoparoz çox geniş yayılmış bir xəstəlik olub, xüsusilə qadınlarda menopauza dövründə daha çox rast gəlinir.Osteoparozun əsas fəsadı kiçik travmalar zamanı belə sınıqların yarana bilmə təhlükəsidir. Osteoparoz zamanı onurğanın sınığı ağır yük qaldırma və bədənin sirkələnməsi zamanı baş verə bilər. Dünyada yaşlı insanların əlilliyinin və ölümünün əsas səbəblərindən biri osteoparoz hesab olunur. 60 yaşdan yuxarı qadınlarda bud sümüyü boynunun sınıqlarının əsas səbəbi osteoparoz göstərilir. Osteoparoza və osteopeniyaya yol açan bir sıra hallar vardır:
Osteoparoz | |
---|---|
XBT-10-KM | M81.0, M81 |
XBT-9-KM | 733.0[1][2], 733.00[1][2], 733.09[2] |
OMIM | 166710 |
DiseasesDB | 9385 |
MedlinePlus | 000360 |
MeSH | D010024 |
Vikianbarda əlaqəli mediafayllar |