Ota Çou (太田 聴雨?, 18 oktyabr 1896, Senday – 2 mart 1958) və ya doğum adı ilə Ota Eyriki (太田 栄吉?) – ənənəvi yapon üslubunda rəsmlər çəkmiş Yaponiya rəssamı.
Ota Çou | |
---|---|
yap. 太田聴雨 | |
Doğum tarixi | 18 oktyabr 1896 |
Doğum yeri | |
Vəfat tarixi | 2 mart 1958 (61 yaşında) |
Fəaliyyəti | rəssam |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
1896-cı ildə Yaponiyanın Senday şəhərində doğulmuşdur. 1909-cu ildə Tokioya köçmüşdür.[1] 13 yaşında Şico rəssamlıq məktəbinin rəssamı olan Qyokuşo Kavabatanın şagirdi olmuşdur. 1927-ci ildə nihonqa rəssamı Seyson Maedadan rəssamlıq dərsləri almağa başlamışdır.[2]
Ota Çounun rəsmləri inten sərgilərində nümayiş olunmuşdur.[2] 1930-cu ildə baş tutmuş 7-ci sərgi üçün çəkdiyi "Codohen" (浄土変?) rəsmi uğur qazanmış və bu əsərə görə mükafata layiq görülmüşdür.[1] İkinci Dünya müharibəsindən sonra isə Yaponiya İncəsənət Sərgisinin münsiflər heyətinə seçilmişdir. Yaponiya İncəsənət Akademiyasının üzvü və Tokio İncəsənət Universitetinin professoru olmuşdur.[2]
Ota Çou nihonqa janrına əsərlər yaratmışdır. Tarixi fiqurları, dövrün adətlərini və praktikalarını təsvir etməsinə görə tanınır. 1936-cı ildə çəkdiyi "Ulduzları müşahidə edən qadınlar" (星をみる女性?) əsəri onun ən məşhur əsəri hesab olunur.[2] Onun bu əsəri 1990-cı ildə Yaponiyada buraxılmış bir poçt markasında təsvir olunmuşdur. Onun ikinci ən məşhur əsəri isə 1934-cü ildə çəkdiyi "Vaksinasiya" (種痘?) əsəridir.[3]