Otaq (ing. The room) — 2019-cu il istehsalı olan mistik triller filmi.[1][2][3][4]
Otaq | |
---|---|
İng: The room | |
Janr | elmi-fantastika filmi, Mistika, triller filmi |
Rejissor | Kristian Volkman |
Baş rollarda | |
İlk baxış tarixi |
15 noyabr 2019 (Belçika) 6 may 2020 (Fransa) |
Müddət | 100 dəqiqə |
Ölkələr | Fransa, Belçika, Lüksenburq |
Dil | İngiliscə |
İl | 2019 |
Rəng | Rəngli |
IMDb | ID8485364 |
Gənc cütlük olan Met və Keyt ucqar bir yerlə ev alırlar. Met evin təmiri əsnasında boş bir otağa açılan gizli dəmir qapı tapır. Tez-tez elektrik kəsintisi yaşayan cütlük elektrik ustası çağırmaq məcburiyyətində qalır. Gedən zaman elektrik ustası Metə deyir ki, bu evə köçməklərinə təəccüblənib. Çünki bu evdə illər əvvəl dəhşətli qətl baş vermişdi və o zamandan bəri evdə yaşayış olmamışdır. Bu dialoq qəribə hadisələrin başlanğıcı olur.
O axşam Met cinayəti internetdə axtararkən içməyə başlayır və yata bilmir. Met öyrənir ki, qatil Con Doodur və o hadisədən bəri psixoloji xəstəxanada yatır. Sarsıntı keçirən Met gizli otağa gedir və orada içməyə başlayır. İçki bitəndən sonra isə içkidən bir dənə də istədiyini deyir. Elə bu andaca qabağında içki peyda olur. Səhəri gün Keyt Meti başqa otağı çox məşhur tablolar ilə bəzədiyini görür (Met rəssam idi). Met Keyti gizli otaqda məcbur edir ki, nəsə bir əşya istədiyini desin. Keyt milyon dollar istəyəndə bu arzu də reallaşır. Növbəti bir neçə gündə cütlük işlərindən imtina etdilər və otaqda şənlik təşkil edərək arzularını reallaşdırdılar.
Keyt dilədiklərinin heç birinin həqiqi dəyərinin olmadığını anlayanda depressiyaya girməyə başlayır. Met onun kefini düzəltmək məqsədilə yenidən uşaq sahibi olmaq üçün səy göstərməyi təklif edir. Ancaq Keyt bundan əvvəl 2 uşağını doğulmadan itirdiyini xatırlayaraq əsəbləşir. Bu ağrını bir daha yaşamayacağını qışqıraraq otaqdan çıxır. Bir müddətdən sonra Met Keytin yadına gedəndə görür ki, Keyt oğul sahibi olmaq üçün otaqdan istifadə edib. Həyəcan içində Keytə etdiyinin səhv olduğunu və bunu geri qaytarmalı olduğunu deyir. Ancaq Keyt bunu edə bilmir. Çarəsiz qalan Met Con Doonu axtarmaq üçün evdən çıxır.
Xəstaxanada Met Con ilə danışır, amma çox şey öyrənə bilmir. Con Metə tezliklə onun və arvadının evi tərk etmələri üçün xəbərdarlıq edir. Evə geri qayıdan Met aldığı benzinin pulunu otaqdan götürdüyü pul ilə ödəmək istəyir, amma pul külə dönmüşdü. Evə çatanda isə bir sınaq həyata keçirir. Van Qoqun əsərinin yarsını evdən içərdə, yarsını isə evdən bayırda qoyur. Zənn elədiyi kimi otağın yaratdığı hər şey evdən kənarda çürüyür. Elə bu anda Keyt təmiz hava almaq üçün uşağı həyətə çıxartmaq istədiyini deyir. Met bunu eləməməsi üçün Keytə xəbərdarlıq edir, amma Keyt ona qulaq asmır. Körpə yaşlanmağa başlayanda Keyt panikaya düşür.
Keyt uşağa analıq etməyə çalışanda cütlüyün evliliyi pisləşir. Uşaq (Şeyn) isə özünü elə aparır ki, guya Meti heç görmür. Keyt təcrübəsiz olduğu və uşağı düzgün şəkildə tərbiyələndirə bilmədiyi üçün məyus olur. Şeyn tez-tez mikrobları səbəb göstərərək onu həyətə çıxmağa qoymadan Keytə tez-tez qarşı çıxır. Günlər sonra Met Şaynın otağın gücünü kəşf etdiyini öyrənir və bu, cütlük arasında sərt davaya səbəb olur. Dava Con Doodan gələn zəng ilə kəsilir. Con başa düşür ki, telefonu götürən uşaq otağın cütlüyə hədiyyəsidir. Con Metə deyir ki, uşaq evdən kənarda öləcək. Onun evdən kənarda yaşamasının tək yolu dilək diləyənin — Keytin ölməsidir. Keyt bütün bunları o biri otaqdakı telefondan eşidir və ağlayaraq maşınını götürüb evdən uzaqlaşır. Evə qayıdan Keyt Met ilə cinsi əlaqədə olur və bilməsələr də, onlar Şeyn tərəfindən izlənir.
Səhəri gün cütlük ön qapının çırpılma səsinə oyanırlar və Şeynin bayıra çıxdığını və yetkin oğlan olduğunu görürlər. Ancaq hələ də bir uşağın zehninə sahibdir. Şeyn Keytin üstünə yalan dediyi üçün qışqırır və cütlüyü Metin silahı ilə qorxudur. Şeynin üstünə cuman Met ilə Şeyn əlbəyaxa olurlar. Onları ayırmaq istəyən Keyt isə pianoya dəyərək huşunu itirir. Keyt oyandığında Meti qabağında görür. Met deyir ki, davada Şeyn ölüb. Xəbərdən sarsılan Keyt çətin də olsa, bunu qəbullanır. Daha sonra Keyt qarşısındakı adamın Met cildindki Şeyn olduğunu anlayır. Onu uzaqlaşdırmaq istəsə də, Şeyn ona təcavüz edir.
Sonda əsil Met gəlir və Keyt ilə birlikdə Şeyni aldadıb evdən çıxarırlar. İkisi də Şeynin sürətlə yaşlanıb sonda da külə dönməsini izləyirlər. Bundan sonra cütlük evi tərk edir. 1 aydan sonra hamiləlik testi edən Keyt hamilə olduğunu və uşağın Keytdən olduğunu anlayır.