Otello sindromu

Otello sindromu – (Patoloji qısqanclıq) şəxsin aşiq olduğu insanı xəstəlik dərəcəsində qısqanması

Otello sindromu yaşayan insanlar özünü və sevdiyini yoracaq bir şəkildə sahiblənərək baş verəcək bədbəxtliklərdən qoruma altına alır. Bu qısqanclıq, yaşanan pis bir hadisə nəticəsində adamın sevdiyi şəxsi sədaqətsizliklə günahlandırması ilə ortaya çıxır. Bu sindromun təməlində özgüvən əskikliyi durduğu iddia edilir. Əgər birinin keçmişində tərkedilmə hadisəsi varsa, bu insanlarda Otello sindromu daha çox görülür. Patoloji qısqanclıq kişilərə nisbətən, qadınlarda daha çox görülür və hər iki cinsdə fərqli şəkildə büruzə verilir. Qadınlar patoloji qısqanmanı daha emosional şəkildə və içəqapalı olaraq yaşayır. Kişilərdə isə qısqanclıq daha çox hərəkətlərində şiddət və cinayət olaraq üzə çıxır. Məhz bu səbəblə kişilərdə daha çox olduğuna dair bir fikir yaranır. Bu sindroma tutulan insanlar olmayan şeyləri olmuş kimi düşünürlər. Həyat yoldaşını və ya sevgililərini davamlı olaraq izləyib, hər hərəkətlərini araşdırırlar.

Bu sindrom adını Uilyam Şekspirin Otello oyunundan alıb. Orada Otello xanımı Desdemonanın onu aldatdığını düşündüyünə görə onu haqsız yerə öldürür. Sonradan həyat yoldaşını günahsız yerə öldürdüyünü bilərək “Mənim üçün ağılsızca, amma çox sevən biri deyin. Asan qısqanmayan, amma bir dəfə qısqandısa, özünü itirən, biri deyə bəhs edin” deyir və özünü də öldürür.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Yüksək səviyyədə aldatılma qorxusu
  • Hər kəsdən, hər şeydən qısqanmaq
  • Sevgilidən, həyat yoldaşından ayrılmağın fobiya halına dönməsi
  • Təhqir edərək qarşılarındakı şəxsi dəyərsiz hiss etdirmək
  • İdarə edilə bilməyən və aşırı reaksiyalar
  • Şiddətə meyil

Otello sindromunun simptomları adətən bəlli hadisələrdə görülür. Bu xəstəliyə tutulmuş insanlar elədiklərinin fərqində olmurlar. Sadəcə qısqanclıq duyğusu olduğunu düşünürlər. Bu duyğunun normal bir duyğu olduğunu və qısqanmalarının səbəbini özlərində görmədiklərini deyirlər. Bu şəxslərdə aşırı dərəcədə aldatılma duyğusu olur. Bu səbəblə sevgilisini hər kəsdən, hər şeydən qısqanırlar. Aşırı və idarə edə bilmədikləri reaksiyalar verirlər. Durmadan qarşılarındakı insana fərqli qadağalar qoyurlar. Sevdikləri şəxsdən ayrılmaq qorxusu ilə narahat həyat keçirirlər. Sevdikləri şəxsi təhqir edərək onlara özlərini dəyərsiz hiss etdirmək istəyirlər. Bu şəxslərdə həddindən artıq şiddətə meyil olur.

Otello sindromunun müalicəsi ən az 4 ay, ən çox 2 il davam edir. Bu rəqəmlər insandan insana dəyişir. Müalicənin müddətində xəstəliyin dərəcəsinin də önəmi var. Bəzi xəstələrdə müalicə ömür boyu davam edir. Bu xəstəlik dərmanla və psixoloji olaraq müalicə olunur.

Otello sindromu

Otello sindromu haqqında