Savant sindromu

Savant sindromu — Çox nadir hallarda rast gəlinən bir psixi pozuntudur. Xəstəliyin əlaməti ümumi inkişafdan geri qalmış insanların “dahilik adasına” (bir və ya bir neçə bilik sahələrində mükəmməl qabiliyyətin ümumi şəxsiyyət məhdudluğu ilə ziddiyət təşkil etməsi) malik olmasıdır.[1] Bu sindrom həm genetik, həm də sonradan qazanılmış ola bilər. Savant sindromlu şəxslər çətinliklə oxuya, yazı yazarkən bir səhifədə yüzlərcə səhv buraxa bilərlər, amma bununla yanaşı, beyinlərində asanlıqla altırəqəmli ədədləri bir-birinə vura bilərlər və yaxud 23 may 3027–ci ilin həftənin hansı günü olduğu çox rahatlıqla deyə bilərlər.

İşarələr və simptomlar

[redaktə | mənbəni redaktə et]

Savant bacarıqları adətən beş əsas sahədən birində və ya bir neçəsində tapılır: incəsənət, yaddaş, hesab, musiqi qabiliyyətləri və məkan bacarıqları.[2] Ən çox yayılmış savant növləri təqvim savantlarıdır,[3] hər hansı bir tarix üçün həftənin gününü sürətlə və dəqiqliklə hesablaya bilən və ya hər hansı bir tarixdən şəxsi xatirələri yada sala bilən "insan təqvimləri"dir. Qabaqcıl yaddaş savant qabiliyyətlərində əsas "super güc"dür.[3]

Savantların təxminən yarısı otistikdir; digər yarısında tez-tez mərkəzi sinir sisteminin zədələnməsi və ya xəstəliyi var. Autizmdən əziyyət çəkənlərin 10%-ə qədərinin savant qabiliyyətlərinin müəyyən formada olduğu təxmin edilir.[4][5]

Təqvim savantları

[redaktə | mənbəni redaktə et]

Təqvim savantı (və ya təqvim alimi) – əqli qüsuru olmasına baxmayaraq məhdud onilliklər və ya müəyyən minilliklər aralığında tarixin həftəsinin gününü və ya əksinə ad verə bilən şəxsdir.[6][7] Riyaziyyatçılar onlara oxşar bacarıqlar əldə etməyə imkan verən düsturlar işləyib hazırlasalar da, insan təqvim kalkulyatorlarının nadirliyi, ola bilsin, ümumi əhali arasında bu cür bacarıqları inkişaf etdirmək üçün motivasiyanın olmaması ilə bağlıdır. Digər tərəfdən, təqvim savantları sosial cəlbedici bacarıqlara investisiya qoymağa meyilli olmaya bilərlər.[8]

Nə qədər insanın savant bacarıqlarına malik olması barədə obyektiv dəqiq statistika yoxdur. Təxminlər autizmli hər on nəfərdən birində müxtəlif dərəcədə savant bacarıqlarına malik olduğunu göstərir.[9] 2009-cu ildə Britaniyada autizmli uşaqların 137 valideyni üzərində aparılan araşdırma, 28%-nin övladlarının “normal” insanlar üçün belə qeyri-adi olacaq səviyyədə” bacarıq və ya güc kimi təyin olunan savant bacarıq meyarlarına cavab verdiyinə inandığını müəyyən etdi.[10] Qəfil və ya qazanılmış savant sindromunun 50-yə qədər hadisəsi bildirilmişdir.

  1. Miller LK. "The savant syndrome: intellectual impairment and exceptional skill". Psychological Bulletin. 125 (1). January 1999: 31–46. doi:10.1037/0033-2909.125.1.31. PMID 9990844.
  2. Darold A. Trefferd. "The savant syndrome: an extraordinary condition. A synopsis: past, present, future" (ingilis). Archived from the original on 18 April 2023.
  3. 1 2 Saloviita T, Ruusila L, Ruusila U. "Incidence of Savant Syndrome in Finland". Perceptual and Motor Skills. 91 (1). August 2000: 120–2. doi:10.2466/pms.2000.91.1.120. PMID 11011882.
  4. Treffert, Darold A. "The Autistic Savant". Wisconsin Medical Society. 2019-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-24.
  5. "Savant Syndrome Statistics". Health Research Funding. 2014-07-12. 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-24.
  6. Kennedy DP, Squire LR. "An analysis of calendar performance in two autistic calendar savants". Learning & Memory. 14 (8). August 2007: 533–8. doi:10.1101/lm.653607. PMC 1951792. PMID 17686947.
  7. Cowan, Richard; Carney, Daniel P. J. "Calendrical savants: Exceptionality and Practice". Cognition. 100 (2). June 2006: B1–B9. doi:10.1016/j.cognition.2005.08.001. PMID 16157326. 2021-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-24.
  8. Cowan R, Frith C. "Do calendrical savants use calculation to answer date questions? A functional magnetic resonance imaging study". Philosophical Transactions of the Royal Society of London. Series B, Biological Sciences. 364 (1522). May 2009: 1417–24. doi:10.1098/rstb.2008.0323. PMC 2677581. PMID 19528025.
  9. Hiles, Dave. "Savant Syndrome". De Montfort University. 2001. 2012-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-10-06.
  10. Howlin P, Goode S, Hutton J, Rutter M. "Savant skills in autism: psychometric approaches and parental reports". Philosophical Transactions of the Royal Society of London. Series B, Biological Sciences. The Economist. 364 (1522). May 2009: 1359–67. 5 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 16, 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]