Dovdaq (lat. Otis tarda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin dovdaqkimilər dəstəsinin dovdaqlar fəsiləsinə aid heyvan cinsi. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]
Dovdaq | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Dovdaq |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bel tərəfi kürən, üzərində naxışlar var. Qarın tərəfi çirkli-ağımtıldır. Qanadları əsasən ağ, ucu isə qaradır. Quyruğunun ucunda qara və ağ xallar köndələn zolaq əmələ gətirir. Erkəyinin "bığları" var.
Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda XX əsrin ortalarına qədər Acınohur bozqırlarında, Kür-Araz və Lənkəran ovalığında, Böyük Qafqazın dağətəyi ərazilərində qışlamış, həm də Kür-Araz ovalığında (Şirvan və Muğan düzləri) yuvalamışdır. Son 60 ildə Azərbaycanda yuvalamır, Qızılağac Dövlət Təbiət Qoruğunda, Şirvan Milli Parkında və Böyük Qafqaz dağlarının ətəklərində, Naxçıvanda qeyri-müntəzəm qışlayır.
Açıq yarımsəhra və bozqırlarda yaşayır. Gündüz fəal olur. Payız miqrasiyası avqust-oktyabr aylarında, yaz miqrasiyası isə mart-may aylarında olur. Bitkilərin toxumları, vegetativ hissələri, həşəratlar, amfibiyalar, sürünənlər və siçanabənzər gəmiricilərlə qidalanır.
Dünyada sayı 44-57 min təşkil edir. XIX əsrin axırları, XX əsrin əvvəllərində Azərbaycanda kütləvi qışlayıb, az miqdarda yuvalayıb. 1912-ci ilin may ayında Muğanda Alpout kəndi yaxınlığında yuvası tapılıb. Həmin ildə iyulun 11ə Aslanduz gözətçi məntəqəsinin yaxınlığında 6, 1939il iyulun 11-də Şirvan düzündə Sığırlı kəndi ətrafında 4 fərdi müşahidə edilmişdir. Sonrakı illərdə reproduksiya dövründə Azərbaycanda müşahidə edilməyib. Qışda Qızılağac Dövlət Təbiət Qoruğunda 1959-cu ildə 500, 1999-cu ildə 4, 2001-ci ildə Şirvan Milli Parkında 10 doydaq qeydə alınıb.2000-ci illərdə Bakı hava limanı ətrafında köç vaxtı qeydə alınırdı ( AOC-nin məlumat bazası) 2005-cı il mayın 9-da Culfa rayonunun Noxuddağ adlı düzənlik sahəsində yemlənən 6 fərd qeydə alınmışdır. Daimi müşahidələr aparılmadığından sayları haqda məlumat yoxdur
İnsanın landşaftları dəyişdirməsilə əlaqədar məskunlaşdırdıqları xam torpaqların azalması və plansız şəkildə ovlanması nəticəsində bütün dünyada sayı 30 % azalmışdır. Azərbaycanda 1950-ci ilə qədər qanunsuz ovlanması, yarımsəhra və bozqırların əksər hissəsində meyvə-tərəvəz və texniki bitkilərin əkilməsi, böyük miqdarda mal-qara otarılması nəticəsində yuvalayan populyasiyası tələf edilmiş, qışlayan populyasiyalarının yox olması təhlükəsi yaranmışdır.
Qızılağac və Turyançay Dövlət Təbiət Qoruqları, Şirvan, Ağgöl, Şahdağ Milli Parkları və digər açıq quru sahələrdə yerləşən yasaqlığlarda qorunur. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, Azərbaycanın (1989) və Naxçıvan MR-in (2006) Qırmızı kitablarına, CİTES, Bern və Bonn konvensiyalarına daxil edilib.
Acınohur, Ceyrançöl və Sarıca düzlərinə yasaqlıq statusunun verilməsi, qorunmasının geniş təbliğ edilməsi, süni şəraitdə çoxaldılıb təbiətə buraxılması məsləhətdir.