Otomo no Tabito (yapon dilində: 大伴 旅人, 665[1][2][…] – 31 avqust 731, Nara) — Yapon şairi, Otomo no Yakamoçinin atası kimi yaxşı tanınır.
Otomo no Tabito | |
---|---|
yap. 大伴旅人 | |
Doğum tarixi | 665[1][2][…] |
Vəfat tarixi | 31 avqust 731 |
Vəfat yeri | |
Əsərlərinin dili | yapon dili |
Vikianbarda əlaqəli mediafayllar |
Otomo no Tabito 665-ci ildə anadan olub. O, Nara dövrünün ən məşhur şairlərindən biri, tanınmışnəsildən olan (Otoma nəslindən) şair Tabitodur. O, Yamanoue no Okuranın dostu olub. Tabitonun sarayda yüksək postu var idi, lakin sonra da saraylaarasında müxtəlif münasibət yarandığı zaman bir müddət sərgərdan gəzib-dolanmağa məhkum olmuşdu, yalnız ömrünün axırına yaxın paytaxta qayıtmışdır. O da Yamanoue no Okura kimi savadlı adam idi, Çin ədəbiyyatı və fəlsəfəsini yaxşı bilirdi. Çin ədəbiyyatını və fəlsəfəsini yaxşı bilməsi onun yaradıcılığına da bir iz qoymuşdur, bununla belə o, milli zəmindən uzaqlaşmamışdı, onun poeziyası onu əhatə edən gerçəkliklə üzvi surətdə bağlı idi və öz yaradıcılığında bu gerçəklikdən çox süjetlər götürmüş və xalq mahnılarından, bu mahnıların bədii priyomlarından çox bəhrələnmişdi.
Otomo no Tabitonu "Manyoşu"nun məşhur olan beş şairindən biri adlandırırlar. Həmin əsərə Otomo no Tabitonun 78 tankasıı və 1 naqautasl daxildir. Tabito Hitomaronun müasiri, onun dostu isə Yamanour-no Okura idi. Ali dərəcədə saray məmuru kimi xidmət etmişdir. , Uzun illər — 740-cı ilə qədər Tikudzen əyalətinin Dadzayfu qərb topraqları idarəçiliyinin rəhbəri vəzifəsini icra etmişdir.
Otomo no Tabitonun şeirlərindən elələri daha çox məşhur idi ki, bu şeirlər şəraba həsr olunmuş, analoji cəhətdən Çin poeziyasının təsiri ilə yazılan şeirləridir. Amma şairin özünün xüsusi mövzuları, obrazları var idi ki, bunlarında çoxu Budda və Çin ədəbiyyatından alınmışdı. Bütün bunlar onun erudisiyasının genişliyi, reminisensiyalardan (keçmiş təəssüratlardan) yaranmış surətdə istifadə etmək qabiliyyətindən irəli gəlirdi. Budda sxolostlarının tənqid edilməsi sarayın özünün tənqid edilməsi demək idi. Çünki saray Budda ehkamlarına çox inanırdı. Görünür, Otomo no Tabito ilə saray arasındakı ixtilaf da buradan yaranmışdır. Bu mənada Otomo no Tabitonun bir şeirinə diqqət yetirmək olar:
O kəslər, könlümə düşmən idilər
Boş sözlə əyirlər, müdrik başları
Şərab da içmirlər guya günahdır
Sən gəlib yaxından bir bax onlara
Meymuna oxşayır, meymuna onlar.
Otomo no Tabito 731-ci ildə vəfat edib.[3]