Otoya Yamaquçi


Otoya Yamaquçi
yap. 山口二矢
Doğum tarixi 22 fevral 1943(1943-02-22)
Doğum yeri
Vəfat tarixi 2 noyabr 1960(1960-11-02) (17 yaşında)
Vəfat yeri
Vəfat səbəbi asılma[d]
Dəfn yeri
  • Aoyama qəbiristanlığı[d]
Vətəndaşlığı

Otoya Yamaquçi — Yaponiya Sosialist Partiyasının sədri İnedziro Asanumonu qətlə yetirmiş yapon tələbə, siyasi fəal. Yamaquçinin törədtdiyi qətlin əks olunduğu foto Pulitser mükafatına layiq görülüb. Yamaquçi həbsxanada intihar edib.

Həyatı[redaktə | mənbəni redaktə et]

Otoya Yamaquçi 1943-cü il fevralın 22-də Tokionun Tayto dairəsində anadan olub. Atası Simpey Yamaquçi Yaponiya Özünümüdafiə Qüvvələrinin yüksək rütbəli zabiti olub. Ana babası isə yazıçı Namiroku Murakami olub. "Böyük Yaponiya" partiyasının üzvü olub. Müxtəlif ittihamlarla 10 dəfə həbs olunub. 1960-cı il oktyabrın 12-də 17 yaşı olanda Yaponiya Sosialist Partiyasının sədri İnedziro Asanumonu qətlə yetirib. Cinayət Asanumonunun çıxış etdiyi vaxt baş verib. Yamaquçu onu dinləyən kütlədən ayrılaraq Asanumonuya hücum edib və vakidzasi qılıncı ilə ona 2 zərbə endirib. Daha sonra polisə verdiyi ifadədə Yamaquçi Sanzo Nosakanı də öldürməyi planlaşdırdığını deyib.

Bundan sonra Otoya həbs olunaraq azyaşlılar üçün nəzərdə tutulmuş həbsxanada saxlanılıb. 1960-cı il noyabrın 2-də həbsxanada özünü asıb. Özünü asmamışdan qabaq saxlanıldığı kameranın divarına diş məcunu ilə "Yaşasın imperator!" və "Kaş ki bu vətənə fəda edəcəyim 7 canım olardı" şüarlarını yazıb. "Yeddi canım olsa yeddisi də ölkəyə fəda olsun" şüarı XIV əsrdə yaşamış yapon samurayı Kusunoki Masaşiqeyə məxsusdur.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]