Otşəkilli gəndalaş (lat. Sambucus ebulus)[3] — gəndalaş cinsinə aid bitki növü.[4]
Otşəkilli gəndalaş | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
| ||||||||||
Cins: | Gəndalaş | |||||||||
Cins: | Gəndalaş | |||||||||
Cins: | Gəndalaş | |||||||||
Cins: | Gəndalaş | |||||||||
Cins: | Gəndalaş | |||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü 70–200 (250) sm, gövdəsi düzduran, sadə və ya budaqlanan, şırımlı olan çoxillik ot bitkisidir. Yalançı zoğları yarpaqşəkilli, neştərvari və mişarvaridir. Xoşagəlməyən iyi vardır.
Yarpaqları saplaq üzərindədir, 6–9 (11) ədəd yarpaqcıqdan; yarpaqcıqlar neştərvari və ya xətvari-neştərvaridir, sivriləşmişdir, qaidə hissəsi köndələndir, kənarları mişarvaridir, çılpaq və ya alt tərəfdən tükcüklüdür.
Çiçəkləri təpə hissədə yerləşən iri qalxanvari-süpürgə yastı çiçək qrupunda toplanmış, üç əsas çox şaxəli budaqları vardır. Tac ağ rəngdə, üst tərəfdən bəzən, çəhrayıtəhərdir.
Meyvələri şarşəkilli, qara rəndədir, 3 (4) çəyirdəklidir və diametri 3–4 mm-dir.
İyun-Avqust
(İyul) Avqust-Oktyabr
Azərbaycanın bütün rayonlarında. Ovalıqdan orta dağ qurşağına qədər.
Meşəli rayonların kəsilmiş meşələrində, meşə ətrafında, açıq yerlərdə, yarğanlarda, çay və balaca arx boyunca, bağlarda və bostanlarda rast gəlinir. Cəngəlliklər əmələ gətirir.
Meyvələri çaxırın boyanmasında, yetişmiş meyvələrindən mürəkkəb hazırlanmasında istifadə olunur. Tibbdə tətbiq edilir.