Otyeyənlər

Otyeyənlər (lat. Psocoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan qrupu.

Otyeyənlər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Ranqsız:
Otyeyənlər
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Uzunluğu 1,5 mm, sapşəkilli bığcıqlı və özünəməxsus baş quruluşu olan xırda, zərif cücülərdir. Otyeyənlərin bədəni yumşaq, uzunsov, silindrik və ya dorsoventral istiqamətdə yastılanmışdır. Başı hipoqnatik və ya proqnatikdir. Ağız orqanları gəmirici tipli, ancaq uzunsov lasiniyalıdır. Bığcıqları nazik, uzun, 13-50 buğumlu, tükcüklüdür. Qanadlılarda gözlər iri, çoxfasetli, bəzi qanadsızlarda isə reduksiya olunmuşdur. Qanadları zarşəkillidir, dinc halda kürəyində damvarı yığılır, bəzi növlərdə gödəlmiş və ya yoxdur. Ayaqları yüyürücü, nazik, pəncələri 2-3 buğumlu, 2 caynaqlıdır. Dişinin qarıncığında kiçik yumurtaqoyan vardır.

Otyeyənlərin çevrilməsi natamamdır. Sürfələr yaşlılara bənzəyir və 6-ya qədər yaş keçirir. Mayalanma - spermatofordur, çox vaxt partenogenetik yolla çoxalır. Yaşayış yerlərində 100-ə qədər yumurta qoyur, üstünü nazik hörümçək toru ilə örtür. Əksər növlər yumurta mərhələsində qışlayır, bizim şəraitdə bəzən sürfələr və imaqo da qışlaya bilir. Yaşlı fərdlərə adətən iyun-oktyabrda təsadüf etmək olur. Tropiklərdə ayrı-ayrı növləri ildə bir neçə nəsil verir.

Otyeyənlər bitkilər arasında, ağac gövdələrində, ağac qabığının yarıqlarında, şibyələrdə, xəzəlin içində, torpaqda, daşların altında, mənzillərdə, anbarlarda, kitabxanalarda, quş və cücü yuvalarında və s. yaşayır. Təbiətdə yaşlı fərdlər yerüstü yaşıl su bitkiləri, şibyələr, göbələklər, kif və çürümüş bitki və heyvan qalıqları ilə qidalanırlar. Ayrı-ayrı növləri mənzillərdə məhsul ehtiyatlarını, herbariləri, cücü kolleksiyalarını, kitabları korlayır və ehtimal ki, fitozları yayırlar. Çox vaxt kütləvi şəkildə təsadüf edilir. Otyeyənlərin qanadsız formaları bitlərə bənzəyir və cəld qaçırlar.

Dünya faunasında 29 fəsiləyə və 250 cinsə mənsub olan 1500-dən artıq növü məlumdur. Onların əksəriyyəti tropik və subtropik ölkələrdə yayılmışdır. MDB faunasında 60-a yaxın növü məlumdur. Azərbaycanda otyeyənlərin faunası zəif öyrənilmiş, cəmi 6 növ aşkar edilmişdir. Qafqazın başqa regionlarında da bu cücülər az tədqiq edilmişdir.

Azərbaycanın hər yerində evlərdə toz biti (Trogium pulzatorium L.) rast gəlinir. Onu yarmanın, quru meyvələrin, arı şanlarının, şəkərin içində görmək olar. Kitabları, cücü kolleksiyalarını və s. korlayır. Sinantrop növlərdən evlərdə, yarpaq altında, ağac gövdələrində, ot tayalarında, quş yuvalarında Trogidae fəsiləsindən kosmopolit Lachesilla pedicularia L., Lepinotus inguilinus Heyd və L.reticulatus End. növləri, kitab biti, kosmopolit Liposcelis divinaterius Mull. yaşayır. Enliyarpaq meşələrdə üzvi qalıq topalarında Euclismia conspurcata Ramb. qeydə alınmışdır. Bütövlükdə Azərbaycan faunasının otyeyənlər kompleksi zəif öyrənilmişdir və əsaslı tədqiqat nəticəsində təkcə region faunası üçün deyil, bütövlükdə elm üçün yeni növlər aşkar edilə bilər.