Ouşen-Fols (ing. Ocean Falls) — Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən keçmiş şirkət şəhərciyi. Ouşen-Folsda mövsümi olaraq 50 nəfər yaşadığı üçün tam olaraq kabus şəhər hesab olunmamaqdadır. Buna baxmayaraq bir çox mənbələr tərəfindən kabus şəhər kimi təqdim edilir.[1]
Ouşen-Fols | |
---|---|
52°21′05″ şm. e. 127°41′31″ q. u. | |
Ölkə | |
Region | Britaniya Kolumbiyası |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1906 |
Əhalisi | |
Əhalisi | 50 nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 250 |
Poçt indeksi | V0T 1P0 |
Digər | |
traveloceanfalls.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər XX əsrin əvvəllərində Crown Zellerbach şirkətinin ərazidəki su dəyirmanlarında çalışan işçilərin yaşaması üçün salınmış və obyekt fəaliyyətinin zamanla azalmasına görə şəhər tərk edilmişdir. Ouşen-Folsa Britaniya Kolumbiyasının digər şəhərindən quru yolu ilə getmək mümkün deyil.
Şəhərə kiçik gəmilərlə 6 saatlıq səfərdən sonra çatmaq mümkündür. Şəhər yağışın bolluğu ilə seçilir - hər il təxminən 4,390 millimetr (172,8 düym) həcmində yağıntı olur. XX əsrin ortalarında şəhər sakinləri Yağış insanlar mənasına gələn (ing. Rain People) təxəllüsündən istifadə edirdilər. [2][3]