Ovanes Tlkurantsi (erm. Հովհաննես Թլկուրանցի; bilinmir[1] – bilinmir[1]) — XIV–XV əsrlərdə yaşamış erməni şairi.
Ovanes Tlkurantsi | |
---|---|
Doğum tarixi | bilinmir[1] |
Vəfat tarixi | bilinmir[1] |
Fəaliyyəti | şair |
Ovanes Tlkurantsi Kilikiya yaxınlığındakı Tlkuran kəndində,[2] monastır ailəsində anadan olmuşdur.[3] Onun yaradıcılığı məhəbbət və təbiət mövzusuna toxunan didaktik şeir və mahnılardan ibarətdir.[2] Tlkurantsi öz əsərlərinə musiqi də bəstələmişdir.[3] O, antifeodal dünyəvi poeziya ənənələrini davam etdirərək[4] qadın və məhəbbət gözəlliyini açıq şəkildə tərənnüm etmiş, dövrün erməni məhəbbət lirikasını alleqoriya və konvensiyalardan azad etmişdir.[5] Tlkurantsinin şeirləri canlı obrazlar, buradakı hisslərin fırtınalı püskürməsi ilə seçilir. Onun əsərləri hələ sağlığında layiqli şöhrət qazanmışdır. O, şifahi xalq yaradıcılığı materialı əsasında epik əsərlər də yaratmışdır. Beləliklə, Tlkurantsi şifahi xalq yaradıcılığı materialını emal edən ilk erməni şairinə çevrilmişdir.[6] Onlardan ən məşhuru olan "Cəsur Liparit nəğməsi" erməni sərkərdəsinin Misir məmlüklərinə qarşı mübarizəsi və onun faciəli ölümü haqqında əfsanəyə əsaslanır. Tlkurantsinin yaradıcılığında məhəbbət lirikası da seçilir. "Məhəbbət nəğməsi", "Gözlənilməz bir gözələ rast gəldim" şeirlərində əxlaq, şərabın təhlükələri, yalançı dostlar haqqındadır. O, "Kahib oğlu ilə molla qızı" əsərində xristian oğlan ilə müsəlman qızın sevgisindən bəhs edir.[5]