Ovriştə
Emal olunmuş toyuq 30-35 qramlıq tikələrə doğranır, duz, istiot vurulub yağda qızardılır. Soğan ayrıca qızardılır, sonra isladılmış zoğal qurusu, axırda şəkər əlavə edilir və tavadakı toyuğun üstünə tökülür. Yaxşı qarışdırılıb hazır olunca bişirilir.