Oxim qızılı kəpənəyi

Thersamonia ochimus (lat. Thersamonia ochimus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin göycələr fəsiləsinin thersamonia cinsinə aid heyvan növü.

Oxim qızılı kəpənəyi
Lycaena ochimus - Turkish Fiery Copper butterfly 01.jpg
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Növ:
Oxim qızılı kəpənəyi
Beynəlxalq elmi adı
  • Thersamonia ochimus

Təsviri[redaktə | mənbəni redaktə et]

Ölçüsü cəmi 1 sm olan kiçik kəpənəkdir. Uçuş zamanı havaya atılmış qızıl pula bənzəyir. Qanadların üst tərəfində rəngi qızılı – narıncıdır, kənarları boyunca keçən qara haşiyə ensizdir. Arxa qanadların kənarında xırda qara nöqtələrdən ibarət ikiqat xətt keçir. Arxa qanadların ucunda “quyruqcuq” yoxdur. Dişi fərdlərin qanadların üst tərəfi qara nöqtələrlə örtülmüşdür. Arxa qanadların alt tərəfi gümüşü boz rəngdə olub, gözşəkilli ləkələri bu cinsin başqa növlərinə nisbətən iridir.[1]

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Kserofil bitkilər olan dərə və yamaclar. Kəpənəklər may və iyul aylarında uçur, rütubətli dərə və yamaclara daha çox meyl edirlər. İldə iki nəsil verir. Tırtıllar iyun və avqustda turşəng – Rumex crispus L. bitkisi yarpaqları ilə qidalanır. Pupları qışlayır. Təbii düşmən və xəstəlikləri müəyyən edilməmişdir. Qida rəqibləri həmin yarımfəsilənin kütləvi növləridir (Callophrys chalybeitincta Sovinsky).[2]

Yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Asiya, Şimali İran, Cənubi Qafqaz, Azərbaycanda Naxçıvan MRTalış dağları (Zuvand) rast gəlinir.[3]

Sayı[redaktə | mənbəni redaktə et]

R.Əffəndi tərəfindən 2 kəpənəyi qeydə alınmışdır.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Yaşadığı sahələrin insanlar tərəfindən kənd təsərrüfatı məqsədilə istifadə edilməsi, çəmənliklərin mal-qara otlaqlarına çevrilməsi və ot örtüyünün müntəzəm olaraq biçilməsi tırtılların yem bazasını azalmasına səbəb olur.

Qorunması üçün qəbul olunmuş tədbirlər[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxildir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər[redaktə | mənbəni redaktə et]

Kəpənəklərin yaşadığı ərazilərdə qorunan sahələrin yaradılması. Kəpnəklərin tutulmasinin qadağan edilməsi.

Yarımnövləri[redaktə | mənbəni redaktə et]

  • Lycaena ochimus ochimus
  • Lycaena ochimus ocliferius Nekrutenko, 1977
  • Lycaena ochimus sachandensis Schurian & Hoffmann, 1982

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Qırmızı Kitabı, Bakı, II Cild, 2013
  2. Коршунов Ю.П. Каталог булавоусых чешуекрылых (Lepidoptera, Rhopalocera) фауны СССР. Энтомологич.обозрение, т.LI, вып.1-2, 1972, с. 136 - 154, 352 - 368;
  3. Staudinger O. Catalog der Lepidopteren des palaearctischen Faunengebietes. I Theil. Berlin, 1901, 411 p.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]