Oyunçular kralı (hind. Khiladiyon Ka Khiladi) — Hindistan rejissoru Umeş Mehra tərəfindən döyüş filmi janrında çəkilən filmdir. Filmə Kanadanın bir çox kinokompaniyaları sponsorluq etmişdir. Filmdə baş rollları Rekha, Akşay Kumar, Ravina Tandon və başqaları iştirak edirlər. Filmə çoxlu döyüş növü üzrə məşğul olan idmançılar dəvət edilmişdir. Azərbaycanda ilk dəfə Azərbaycan Televiziyası kanalının gecə efirində göstərilmişdir. Film ABŞ-də "Players of Players" və Rusiyada "Король игроков" adları ilə tanınır. "Oyunçular kralı" filmi "Oyunçu" film seriyasının dördüncü hissəsidir.
Oyunçular kralı | |
---|---|
hind. Khiladiyon Ka Khiladi | |
Janr | Döyüş filmi |
Rejissor | Umeş Mehra |
Prodüser | Keşu Ramzey |
Ssenari müəllifi | Umeş Mehra |
Baş rollarda |
Rekha Akşay Kumar Ravina Tandon Gulşan Qrover Brayn Harris Brayn Adams |
Bəstəkar | Anu Malik |
İstehsalçılar |
D.M.S. Films Time Magnetics |
İlk baxış tarixi | 14 iyun 1996 |
Müddət | 192 dəqiqə |
Büdcə | 180 milyon INR ($3 milyon ABŞ dolları) |
Gəlir | 1.05 bilyon INR ($17 milyon ABŞ dolları) |
Ölkələr | Hindistan |
Dil | İngilis dili |
İl | 1996 |
Rəng | rəngli |
IMDb | ID0246729 |
"Oyunçular kralı" adlanan ABŞ-də təşkil olunmuş döyüş rinqində, qalib olan şəxs böyük sərvətə sahib olur. Oyunda iştirak edən idmançıların sahibləri arasında böyük mübahisə gedir. Bu sahiblərdən ən böyükləri Xanım Maya və Kral Dondur. Filmin əvvəlində oyunda Xanım Mayaya işləyən "Qəbir qazan" ləqəbli idmançı Kral Dona işləyən Rusiyadan olan "Dağıdıcı" ləqəbi ilə tanınan güləşçini öldürür. Yarışı müşahidə edən tamaşaçılar və gənc Acay Malhotra bu ölümün şahidi olurlar.
Gənc zabit Akşay gözlənilmədən anasından qardaşı Acayın evlənəcəyi xəbərini eşidir. Bu səbəbdən ABŞ-yə yola düşür. Lakin bura çatan zaman qardaşının itkin düşdüyü xəbərini alır. Bu müddət ərzində Akşay Xanım Mayanı Kral Donun təhlükəsindən xilas edir və onun təklif etdiyi köməyindən imtina edir. Getdikcə Akşay, qardaşının dostlarından Acayın itkin düşməsində Xanım Mayanın əli olduğunu öyrənincə, onun bandasına girərək Xanım Maya ilə ikitərəfli oyun oynamaq niyyətindədir. Akşay böyük sınaqdan keçir və qalib olur. Uzun macəralardan sonra Akşay qardaşının dəqiq yerini öyrənmək üçün Xanım Mayaya evlənmək təklif edir və Xanım Maya da onunla razılaşır.
Lakin Akşayın başqa bir sevdiyi vardır. Sevgilisinin adı Xanım Mayanın bacısı Priyadır. Akşay onunla qardaşı üçün Amerikaya gedən zaman təyyarədə tanış olmuşdu. Bu səbəbdən Akşay niyyətini həyata keçirmək üçün onun köməyindən istifadə edir. Qardaşını Xanım Mayadan almaq üçün ona bir çox planlar hazırlayır. Nəhayət, Akşay qardaşını tapır və Xanım Mayanı həbs etdirmək üçün onu hiylə yolu ilə məbədə çağırır. Xanım Maya əməkdaşları ilə məbədə gəlir və Akşayın onunla ikitərəfli oyun oynadığını başa düşür. Bu müddətdə isə Xanım Mayanın köməyinə Kral Don yetişir. Akşay uzun mübarizədən sonra Xanım Mayanın "Qəbir qazan" ləqəbli ən güclü güləşçisini öldürür. Ardınca Xanım Maya ilə Kral Don Acayı əsir götürərək məbədi tərk edir və qaçmağa başlayırlar. Akşay uzun müddətli macəralardan sonra Kral Donun sürdüyü gəmiyə yetişir və qardaşını xilas edir. Bu zaman Kral Donun gəmisi partlayır və o ölür. Bu müddətdə Xanım Maya polislərə müqavimət göstərməyə çalışır. Doğma bacısı Priyanın ondan imtina etməsini görüncə, Xanım Maya özünə atəş açır. Xanım Maya ölüm qabağı Priya və Akşaya söyləyir ki, əgər onların qız övladları olarsa, onda adını Maya qoysunlar. Bu sözləri söyləyəndən sonra Xanım Maya ölür. Sonda Priya və Akşayın ailə həyatı qurması təsvir olunur.
Aktyor/aktrisa | Rol | Qeydlər |
---|---|---|
Rekha | Xanım Maya | |
Akşay Kumar | Akşay Malhotra | |
Ravina Tandon | Priya | Akşayın təyyarədə tanış olduğu xanım |
İnden Kumar | Acay Malhotra | Akşayın qardaşı |
Dolli Bindra | Bhaqvanti | |
Gulşan Qrover | Kral Don | |
Brayn Li | "Qəbir qazan" | Xanım Mayaya işləyir |
Brayn Adams | Dağıdıcı | Kral Dona işləyir |
Film Hindistanda 1996-cı ildə ilin ən gəlir gətirən filmləri siyahısında altıncı yeri tutur.[1] "Xanım Maya" rolunu ifa edən Rekha film karyerasında ilk dəfə olaraq pis rolu ifa etmişdir.[2] Filmdə Dünya üzrə güləş çempionları Brayn Harris və Brayn Adams iştirak edirlər. Filmin binalarına baxanda görünür ki, filmin çəkildiyi yerlər Kanadanın Toronto şəhərinə aiddir. Lakin filmdə yalnız ABŞ adı çəkilir. İlk göstərilən mahnı klipi 1995-ci ilin iyul ayında Rusiyada yerləşən "Mosfilm"də çəkilmişdir. "Oyunçular kralı" filmi tənqidçilər tərəfindən müsbət qarşılanmışdı. Film Rotten Tomatoes saytında 47% səs toplamışdır.[3]
İl | Mükafat | Ad | Nəticə |
---|---|---|---|
1996 | Ən yaxşı film aktrisası mükafatı | Rekha | Qələbə |
1996 | Ən yaxşı qəddar rol üçün Ulduz mükafatı | Rekha | Qələbə |
1996 | Ən yaxşı hərəkət filmi mükafatı | Akbar Bakşi | Qələbə |
"Oyunçular kralı" filminin saundtrek müəllifi hind bəstəkarı Anu Malikdir. Saundtrek, yeddi mahnını ehtiva edir. Filmdə səslənən "In The Night No Control" mahnısı 1984-cü ildə İtaliya ifaçısı Raffaele Riefolinin (qısa adı: RAF) ifa etdiyi Self Control mahnısının remeyk formasının ifa edən ABŞ ifaçısı Lora Breniqandən, "Tu Waaqif Nahi Meri Deewangi Se" mahnısı isə 1976-cı ildə "Fernando" mahnısını ifa edən ABBA qrupundan götürülmüşdür.
№ | Başlıq | İfaçılar | Müddət |
---|---|---|---|
1. | Tu Kaun Hai Tera Naam Kya | Kumar Sanu, Sadhana Sargam | 5:32 |
2. | Aaj Meri Zindagi | Babul Supriyo, Alka Yagnik | 5:39 |
3. | In The Night No Control | Sumitra | 3:50 |
4. | Itna Mujhe Pata Hai | Abhijeet, Kavita Krishnamurthy | 3:32 |
5. | Maa Sherawaliye | Sonu Nigam | 5:12 |
6. | Mera Baba Shahi Fakir | Bali Brahmabhatt | 1:14 |
7. | Tu Waaqif Nahi Meri Deewangi Se | Kumar Sanu, Sadhana Sargam | 3:13 |