Ozlar

Ozlar (rus. озы, ing. eskers) — isveç., as- silsilə, tirə, eskerlər, qumdan, çınqıldan, çaqıldaşlardan təşkil olunub, əsas relyefdən asılı olmayaraq buzlağın geri çəkilmə cəbhəsinə perpendikulyar, yaxud paralel uzanan uzun /bir neçə on kilometr, əyri- üyrü tirə. Eni bir neçə metrdən 2–3 km-ə qədər, hündürlüyü isə 20 və daha çox olur. Əsasən buzlaqdaxili ərinti su axınları ilə yaranır. Estoniya, Latviya Respublikalarında və Rusiyanın şimal-qərbində geniş yayılmışdır.[1]

  1. Ozlar // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.