Ozzi Osborn (ing. Ozzy Osbourne; əsl adı — Con Maykl Osborn, ing. John Michael Osbourne; 3 dekabr 1948, Birminhem) — ingilis vokalist, bəstəkar, Black Sabbath qrupunun üzvü və yaradıcılarından biri. Hard rok və heavy metal musiqi üslublarının yaranmasına xeyli təsir etmişdir. Uğurlu karyerası və şöhrəti ona qeyri-rəsmi "heavy metalın xaç atası" titulunu gətirmişdir[3].
Ozzi Osborn | |
---|---|
Ozzy Osbourne | |
Ümumi məlumatlar | |
Doğum adı | Con Maykl Osborn |
Ləqəbi | Ozzy Osbourne |
Doğum tarixi | |
Doğum yeri | Birminhem |
Vətəndaşlığı | İngiltərə |
Uşaqları | 6 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, musiqiçi |
Fəaliyyət illəri | 1968 - indiyədək |
Janrlar | Hard rok, ağır metal, qlem metal[1] |
Səs tembri | Tenor [2] |
Albom şirkəti | Epic Records |
Əlaqələri |
Black Sabbath Ozzy Osbourne |
Üzvlüyü | |
ozzy.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Cek Osborn, General Motors firmasında işləyirdi. 9 ailə üzvü ilə birlikdə yaşayan Ozzi, məktəb illərində uğur qazana bilmirdi, müəllimləri onun digər şagirdlərdən daha zəif olduğunu və dərslərə önəm vermədiyini düşünürdülər. 14 yaşlı Ozzi "Beatles" ın sayəsində rok ilə tanış oldu. 15 yaşında olarkən məktəblə yollarını ayırdı və iş həyatına qoşuldu. İlk musiqi qrupunu da bu illərdə, "Birchfield Road School" da təhsil alan dostu Tony Lommi ilə yaratdı. Bass gitarist Geezer Butler, qrupa rejissor Mario Bavanın qorxu filmi olan Black Sabbath’ın adını verməyi təklif etdikdə qrup üzvləri də bu təkliflə razılaşdı. Beləliklə, 20-ci əsrin məşhur rok qruplarından biri yaranmış oldu.
Ozzi, 1970-ci illərin əvvəllərində Black Sabbathın aparıcı vokalisti kimi zirvələrə qalxdı. İlk albomların uğurları 1971-ci ildə Master of Reality, 1973-cü ildə Volume 4, 1973-cü ildə Sabbath Bloodly Sabbath ve 1976-cı ildə Sabotage ilə də davam etdi. Lakin qrupun uğurları, 1976-cı ildə Technical Esctasy ilə zəifləməyə başladı. Technical Esctasy, Black Sabbath’ın Amerika siyahılarında ilk 50 yerə daxil olmayan albomu olmuşdu və bundan sonra qrupdaxili problemlər artmışdı. Ozzi 1977-ci ilin oktyabrında, Black Sabbath ilə yollarını ayırdığını bildirdi. Lakin son albom olan Never Say Die! komandasında yer aldı. 1979-cu ilin sonunda, narkotik maddə istifadəçisi olduğu və qrup üzvləri ilə yaşadığı problemlərdən dolayı qrupdan qovuldu. Onun, ağır metalın inkişafına təsir edəcək səsi var idi. Qrupdan ayrıldıqdan sonra, Ozzi uğurlu solo karyerasına başladı. 2013-cü ildə "13" albomunu yazdırarkən bəzi hallarda Black Sabbath-la birgə çalışmalı oldu. O, 11 studiya albomu buraxdı, onlardan ilk 7-si ABŞ-də multi platinium sertifikatı ilə mükafatlandırıldı. Osbornun əzmi ve uğurları ona "Ağır Metalın xaç atası" qeyri-rəsmi ləqəbini qazandırdı.