Pörnək oymağı

Pörnək oymağıTürkman elinin böyük qollarından biri.

Pörnək oymağı Ağqoyunlu tayfa birliyinə qatılırdı. Bu dövlətin süqutundan sonra Pörnək oymağı Mosullu oymağı ilə birləşib Türkman elini yaratdılar. Türkman eli Qızılbaşlar tayfa birliyinə qatılırdılar. Cənubi Azərbaycanda, Təbriz civarında məskunlaşmışdılar. Bu oymağın bir qolu Xorasana köçüb, Məşhəd ətrafında yerləşdi.

Pörnək oymağı uzun illər Təbriz bəylərbəyiliyini idarə etmişdilər. Bu oymaqdan xeyli tanınmış şəxsiyyət çıxıb.

  • Ənvər Çingizoğlu. Türkman eli. Bakı, "Şuşa", 2011. səh.224.
  • Ənvər Çingizoğlu. Pörnək oymağı. "Soy" dərgisi, № 8 (16) Bakı, 2008.