AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı, jurnalist-etnoqraf Ənvər Çingizoğlu və tədqiqatçı-jurnalist Natiq Qubadoğlunun “Püsyan eli” (tarixi-genealoji tədqiqat) adlı kitabı çapdan çıxıb. Arxeologiya və Etnoqrafiya İnstitutu Elmi Şurasının qərarı ilə çapa tövsiyə edilən kitabın elmi redaktoru tarix elmləri doktoru Nərgiz Quliyeva, redaktoru Əlinasir İmanlı, rəyçiləri coğrafiya elmləri doktoru, professor Nadir Məmmədov və tarix üzrə fəlsəfə doktoru Emil Kərimovdur.
Püsyan eli | |
---|---|
Müəlliflər | Ənvər Çingizoğlu |
Orijinalın dili | azərbaycanca |
Orijinalın nəşr ili | 2013 |
Nəşriyyat | Mütərcim |
Səhifə | 156 |
ISBN | ISBN 978-9952-28-121-7 |
Püsyan eli qədim-qayım Qarabağın adlı-sanlı ellərindən biridir. Kitab Azərbaycan xalqının etnogenezində, siyasətində və mədəniyyətində mühüm rol oynayan Püsyan eli və oymaqlarının həyat tərzindən bəhs edir. Bu elin dünyaya bəxş etdiyi dühalardan və böyük simalarından ətraflı söhbət açılır.
Bildirilir ki, Azərbaycan tarixində özünəməxsus mövqeyi olan Püsyan eli istər inzibati-ərazi, istərsə də əhalinin məşğuliyyəti, milli və sosial tərkibi və s. baxımından əsrlər boyu ciddi dəyişikliklərə məruz qalıb. Nəşrdə Azərbaycan, Gürcüstan və Rusiya arxivlərində saxlanılan sənədlərdən istifadə edilib.