Pşavi distansiyası (rus. Пшавская дистанция) — Rusiya imperiyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Rusiya İmperiyasına daxil olan Gürcüstan quberniyası tərkibində 1826-1840-cı illərdə mövcud olmuşdur.
1832-ci ilin kameral təsvirinə əsasən Pşavi distansiyasında 13 kənddə 632 ev var idi və onlarda kişi cinsindən 2.054 nəfər etnik pşav yaşayırdı.[1]