Pənah Qasımov

Qasımov Pənah (20 iyul 1881, Qarğabazar, Cəbrayıl qəzası15 iyul 1937, Bakı) — Azərbaycan maarif xadimi. Qori müəllimlər seminariyasını (1905) və Tiflis Müəllimlər İnstitutunu (1907) bitirmişdir. Lənkəranda (1907–1908) və Bakıda (1909-cu ildən) müəllimlik etmiş, ana dilində məktəblərin açılmasına çalışmışdır. Respublikada pedaqoji təhsilin təşkilində onun mühüm xidməti var. Darülmüəlliminin (1921–1928), Ali Pedaqoji İnstitut və Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru (1929), Azərbaycan SSR xalq maarif komissarının müavini (1928) vəzifəsində çalışmış, Azərbaycan SSR Maarif İşçiləri Həmkarlar İttifaqının ilk sədri (1920–1928), "Maarif işçisi" jurnalının ilk redaktoru olmuşdur. Azərbaycan və Zaqafqaziya MİK-lərinin, Azərbaycan K(b)P MK və BK-nın üzvü seçilmişdir (1925–1927).

Pənah Qasımov
Qasımov Pənah Ələkbər oğlu
bayraq
Azərbaycan SSR xalq maarif komissarının müavini
bayraq2
1928 – 1928
ƏvvəlkiTağı Şahbazi Simurğ
SonrakıAyna Sultanova
bayraq
Azərbaycan SSR Maarif İşçiləri Həmkarlar İttifaqının ilk sədri
bayraq2
1920 – 1928
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qarğabazar, Qaryagin qəzası, Rusiya İmperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Partiya Kommunist partiyası
Təhsili
Fəaliyyəti şair

Qasımov Pənah Ələkbər oğlu 1883-cü ildə Cəbrayıl qəzası Qarğabazar kəndində anadan olmuşdu. Qarğabazar kənd məktəbini bitirdikdən sonra 1901-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminaryasının Azərbaycan şöbəsinə daxil olmuş, 1905-ci ildə oranı qurtarmış, təhsilini Tiflis Aleksandr Müəllimlər Institutunda təhsilini davam etdirmişdi. P.Qasımov 1907-ci ildə təhsilini başa vurduqdan sonra indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində fəaliyyətə başlamışdı. Fəaliyyətinin ilk günlərindən o, xalqı avamlıq, gerilik və cəhalətdən çıxarmağı özünün ən müqəddəs borcu bilmiş, həyatını Azərbaycan xalqının rifahı və mariflənməsi uğrunda mübarizəyə bağlamışdır. P.Qasımov xalq arasında azadlıq ideyaları yaymış adamlarda çar rejiminə, onun üsuli-idarəsinə nifrət hissi oyatmışdı.Bu işdə P.Qasımovla o zaman Lənkəranda onunla bir məktəbdə işləyən M.Maqomayev də yaxından kömək etmişdir.

Lənkərandakı ikillik fəaliyyətindən sonra P.Qasımov Bakıya qayıdır və 6-cı "Rus tatar" məktəbində tarix müəllimi işləyir.

Sovetləşmədən sonra fəaliyyətini artırır. İlk günlərdən ana dili, qadın təhsili və azadlığı uğrunda mübarizədə, yeni məktəblərin təşkilində Qori seminariyasının məzunları ilə birlikdə çalışırdı. Elə bu zaman partiya Pənah Qasımova böyük etimad göstərərək yüksək ixtisaslı müəllim kadırları Hazırlamaq məqsədilə müəllim seminariyası təşkil etməyi tapşırdı.

Azərbaycan KP MK bürosunun 1922-ci il 17 dekabr tarixli iclasında S.M. Kirovun təklifi ələ Qəzənfər Musabəyov, Əlheydər Qarayev və Dadaş Bünyadzadə ilə bərabər Pənah Qasımov da mədəni inqilabı həyata keçirəcək ştabın üzvü seçilmişdi. Bu ştab qısa müddətdə böyük bir təşkilata çevrilmiş, xalq arasında geniş hörmət və nüfuz qazanmışdı.

Vaxtı keçmiş, köhnə, çürümüş adət və ənənələrə qarşı mübarizənin böyük rolunu görən P. Qasımov yazdı ki, Sovet hakimyyəti çar sistemini birdəfəlik süpürüb atdığı kimi, mədən inqilabda siğə, çadra, cadu, falçı, qız alıb-satmaq, çoxarvadlılıq və s. köhnə adətləri sel kimi yuyub, aparacaqdır. O, inanırdı ki, mədəni inqilab Azərbaycan xalqını başdan-başa savadlılar ölkəsinə çevirib, Şərqin qapısına nümunə edəcəkdir.Bu həqiqətə çevrildi.

1925-ci ildən sonra P.Qasımov Xalq Marifi Komissarının müavini, Ali Pedaqoji İnstitutun və marif kadrlarını təkmilləşdirmə institutunun direktoru vəzifələrində çalışmışdı. O, Həmkarlar ittifaqında, maarif komissarlığında mədəni inqilab cəbhəsində apardığı işləri həmişə pedaqoji fəaliyyəti ilə əlaqələndirmişdir.1930-cu ildə Mərkəzi Komitə onu Zaqatala və Nuxa rayonlarında, Qarabağ dairəsində partiyanın kollektivləşdirmə haqqında direktivini həyata keçirməyə göndərmişdi.

P. Qasımov RP, BK və Azərbaycan KP MK-nın üzvi seçilmişdi. 1935-ci ildə Azərbaycan KP MK-nın fəxri fərmanı ilə təltif edilmişdi.

P.Qasımov 1937-ci ildə tutulmuşdu. 30-cu illәr repressiyasının qurbanlarından olmuş, sonralar bәraәt almışdır.

Pənah Qasımov Əminə xanım Terequlovla ailə qurmuşdu. Hidayət adlı oğlu, Ədilə xanım və Nigar xanım adlı qızları vardı.