Lənkəran şəhər 1 nömrəli tam orta məktəb

Lənkəran şəhər Mehman Bağırov adına 1 nömrəli tam orta məktəb - Lənkəran şəhərində ümumi təhsil müəssisəsi[1][2][3][4][5][6]

Lənkəran şəhər Mehman Bağırov adına 1 nömrəli tam orta məktəb
Beynalxalq adı Full secondary school number 1 named afer Mehman Bagirov, Lankaran city
Əvvəlki adları

1.Первоначальный Училище - İbtidai Məktəb (1856 - 1900-cu illərin əvvəlləri) 2.Городское Училище - Şəhər Məktəbi (1900-cu illərin əvvəlləri - 1918) 3.Şəhər Məktəbi (1918-1920) 4.1 dərəcəli məktəb (Sovet Dönəminin əvvəlləri) 5.2 dərəcəli məktəb (Sovet Dönəminin əvvəlləri) 6.Lənkəran şəhər Şirəli Axundov adına 1 nömrəli tam orta məktəb (Sovet Dönəminin əvvəlləri-1993)

7.Lənkəran şəhər Mehman Bağırov adına 1 nömrəli tam orta məktəb (1993-...)
Əsası qoyulub 21 sentyabr 1856 (168 il əvvəl) (1856-09-21)
Direktor Zaur Yədulla oğlu Ağazadə
Şəhər Lənkəran
Ölkə  Azərbaycan
Ünvan Lənkəran şəhəri, İskəndər Səmədzadə küçəsi, ev 6
Rənglər Yaşıl (Tünd), Ağ

Rus Çarlığı dönəmi (1856-1918)

[redaktə | mənbəni redaktə et]

1827-ci ilin oktyabr ayında xalq maarifi nazirliyinə müraciət edilərək Zaqafqaziyada qəza məktəblərinin açılması xahiş olunur və Peterburqda bu xahişin yerinə yetirilməsinə razılıq da verilir. Lakin həmin illərdə Lənkəranda məktəb açmaq üçün əlverişli bir bina tapılmır. 1850-ci ilNuxa (Şəki) və Salyanla yanaşı Lənkəranda da “Müsəlman məktəbi” açıldı. Lənkəran məktəbinin təşkilində Mir Əlibəy Talışxanovla Mirzə Məmmədəli Səfiyevin xüsusi xidməti olmuşdur. Onlar məktəb üçün mebel əldə etmiş, Səfiyev həm də rus dilini pulsuz tədris etməyi öhdəsinə götürmüşdü.[1][1]

1853-cü ildə qəbul edilmiş yeni məktəb nizamnaməsinə əsasən Quba, Ordubad (1854) və Lənkəranda (1856) birsinifli ibtidai, Şamaxıda isə ali dördsinifli məktəb (1854) açıldı. 1856-cı il sentyabrın 21-də ibtidai məktəbin fəaliyyətə başlaması ilə Lənkəranda ümumi təhsil verən ilk dövlət məktəbinin əsası qoyuldu. Məktəbin ilk direktoru Çeripov olmuşdur. 1870-ci ildə Lənkəran birsinifli ibtidai məktəbi ikisinifli ibtidai məktəbə çevrildi.[1]

Məktəbin XIX əsrin sonlarında yeri dəyişsədə 1907-ci ildə Mirzə İsmayıl Qasirin Lənkəranda açdığı Üsuli-Cədid məktəbi ilə indiki Lənkəran şəhər 1 nömrəli məktəb əvvəlki yerlərinə köçmüş, beləliklə məktəbdə azərbaycandilliRus dilli şöbələr fəaliyyət göstərmişdir.[1]

Azərbaycan Xalq Cümhuriyyəti və Muğan Sovet Respublikası dönəmi (1918-1920)

[redaktə | mənbəni redaktə et]

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətində məktəbin bir hissəsi Qış Teatrı kimi fəaliyyət göstərmişdir. Elə bu ildə oğlanlarla birgə qızlarında dövlət məktəbində təhsil alması qanunu qəbul edilmişdir. Amma, 1919-ci ildə Muğan Sovet Respublikası qurulandan sonra bu qanun ləğv olur. 1919-cu il 15 may tarixindən 18 maya qədər MSR-ın qurultayıda elə burada keçirilir.[1][6]

SSRİ dönəmi (1920-1991)

[redaktə | mənbəni redaktə et]

1922-ci ildə SSRİ-də də qızların dövlət məktəblərində təhsil hüququ qanununun qəbulu ilə qızların dövlət məktəblərindəki təhsili bərpa olunmuşdur. Elə bu ildə məktəbin yeni binası açılmış və bu məktəbdə müəllim və şagird sayının artmasına səbəb olmuşdur.[5]

Məktəbdə 3 əməkdar müəllim, 2 metodist müəllim, şair müəllimlər və çoxlu ali savadlı müəllim təhsil vermişdir.

" 1922-1923-cü təhsil ilindən qızlarda oğlanlarla birgə təhsil alır. O ildə məktəbin yeni binası açılmış, budakı məktəbin şagird və müəllim sayını artırmışdır. 1 nömrəli məktəb öz məzunları ilə fəxr edir! Burada əməkdar müəllimlər, qabaqcıl mədəniyyət işçiləri, eyni zamanda istehsalat və təhsil üzrə qabaqcıllar fəaliyyət göstərmişdir. Məktəbimizin şagirdləri alimlik dərəcəsinə belə yüksəlmişdir. Biz həmişə 1 nömrəli məktəb ilə fəxr edirik!
26 aprel 2022. Məktəbin, içtimaəti, təqüdçü, Azərbaycan dili və Ədəbiyyat müəllimi Nəsirli Esmira
"

Məktəb 1973-cü ilədək indiki Lənkəran şəhər Mərkəzi Parkında fəaliyyət göstərsədə, o il Zabitlər Evinin həyətinin artırılması və şəhərdə park açmaq məqsədi ilə məktəb indiki binasına köçürülmüşdür.[1]

" Məktəbin indiki binası 1973-cü ildə istifadəyə verilmişdir. Ondan əvvəl isə məktəb Mərkəzi Parkda indiki "Naməlum Əsgər" heykəlinin önündə olmuşdur. Hal-hazırda isə orada fontan tikilib. Məktəbdə generallar, dossent, professorlar, inqilab dönəmi kommunistləri, tanınmış ziyalılar təhsil almışdır və gələcəyin ziyalıları təhsil almaqdadır.
Məktəbin tarix və coğrafiya müəllimi Cavid Fərəcov
"

1982-ci ilin mart ayında Azərbaycan Xalq Maarifi məktəbin 125 illiyinin keçirilməsi qərarını qəbul edir.

" Lənkəran xalq marifinin keçmişinə və bugününə daima qayğı olmuşdur. Belə xeyirxax əməl Lənkəranda ilk təhsil ocağının 125 illiyinin keçirilməsi ilə bağlıdır.
"

30 sentyabr 1982-ci ildə məktəbin 125 illiyi səbəbi ilə məktəb AzSSR Rəyasət Heyyətinin Fəxri fərmanı ilə, 2 müəllimi AzSSR-nin əməkdar müəllimi mükafatı ilə və 3 müəllim AzSSR Rəyasət Heyyətinin Fəxri fərmanı ilə təltif olunmuşdur.

" Bu il məktəbimizin 165 illiyi tamam olur. 30 sentyabr 1982-ci ildə məktəbin 125 illiyi səbəbi ilə məktəb AzSSR Rəyasət Heyyətinin Fəxri fərmanı ilə təltif olunur və onun müəllimləri Surxay Əkbərov və Firəngiz Şabanova Azərbaycan SSR əməkdar müəllimi fəxri adı ilə təltif olunmuşdur. 3 müəllim isə Tamella Rzayeva, Dilarə Səmədova, Məsih Tağıyev AzSSR Rəyasət Heyyətinin Fəxri fərmanı ilə təltif olunmuşdur.
26 aprel 2022. Məktəbin "Tərəqqi" medalı ilə təltif olunmuş Biologiya müəllimi Haşımova Sevda
"

Müstəqillik dönəmi (1991)

[redaktə | mənbəni redaktə et]

5 aprel 1993-cü ildə Lənkəran şəhər sovetinin bələdiyyə iclasının qərarına əsasən, məktəbə, məktəbin məzunu, Birinci Qarabağ müharibəsi şəhidi Mehman Bağırovun adı verilmişdir. Məktəb 2023-cü ilin yanvar ayından sentyabr ayına qədər qəzalı vəziyyətə və alət çatışmamazlığına görə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. 18 sentyabr 2023 tarixində məktəbin təntənəli açılışı olmuşdur.[1][2][6]

İndiki Müasir 1 nömrəli

[redaktə | mənbəni redaktə et]

Məktəbdə cavan nəsil müəllimlər o cümlədən Əhmədova Vəfa, Hüsenyova Leyla, Adıgözəlova Günel, Axundova Gülnar, Kərimova Nərmin, Həsənova Günay, Kazımova Pərvinə, Şahbazlı Validə və sairə müəllimlər məktəbdə içtimai işlərdə nəinki rayonda o cümlədən respublikada fərqlənir. Məktəbdə psixoloji işlərin gedişatı, şagird və müəllimlərin psixoloji tarazılığı məktəb psixoloqu Kəmalə Miriyeva tərəfindən mükəmməl yerinə yetirilir. Psixoloji tədbirlər mükəmməl vəziyyətdə keçirilir. Məktəbdə o cümlərdən tərbiyəvi işlərin yerinə yetirilməsi, mədəni, irsi, mənəvi tədbirlərin yetirilməsi və iştirak edilməsi Tərbiyə işləri üzrə Direktor Müavini Nüşabə Cabbarova tərəfindən, informatik, intellektual, təlim tipli ədbirlərin yetirilməsi və iştirak edilməsi Tərbiyə və Təlim üzrə Direktor Müavini Ruhəngiz Həsənova tərəfindən yerinə yetirilir. Məktəbdə xarici nümayəndələr o cümlədən Avropa Şurasının, Xarici dövlətlərin Azərbaycan konsulluq və səfirliklərinin təhsil və təlim proqramlarında məktəblilər və müəllimlər aktiv iştirak edir.[3]

" Cəmiyyətimizə töhfə vermək və şagirdlərimizin biliklərini səmərəli şəkildə artırmaq üçün təlim və tədbirlərdə iştirak edirəm. Böyük Britaniya səfirliyinin ölkəmizdəki olan səfirliyinin nəzdində olan "Teacher Activity Group"-un təşkil etdiyi təlim və tədbirlərə qatılıram və iştirak edirəm. Məktəbimizin ingilis dili müəllimləri ilə məktəblərdə ingilis dilinin tədrisində olan çətinlikləri aradan qaldırmaq, daha effektiv və daha maraqlı dərslərin alınması üçün, bu təşkilatın bütün tədbir və təlimlərində iştirak edib mükafatlandırılırıq. Offline və Online resurslardan istifadə edərək, həm öyrənərək şagirdlərin daha bilikli olmasına çalışırıq və nail oluruq. İngilis dili ilə yanaşı uşaqlara WEB 2.0 alətlərində çalışmağı da öyrədirik. Artıq şagirdlərimizin çoxu bu alətlərdə çalışmağı bacarırılar.
15 may 2022. İngilis dili müəllimi Əhmədova Vəfa
"
" Məndə həmkarım Vəfa Əhmədova ilə birlikdə "Teacher Activity Group"-da fəaliyyət göstərirəm. Belə layihələr nəinki şagird həmçinində müəllimlərin ingilis dili biliklərini uşaqlara çatdırmasını asanlaşdırır. Bu mərkəzlərin fəaliyyəti, cəmiyyətimiz üçün daha açıq düşüncəli, məntiqi-təfəkkürlü və üstün texnoloji bacarıqları olan fərdlər yetişdirəcəkdir.
15 may 2022. İngilis dili müəllimi Leyla Hüseynova
"

Məktəbdə 25 yanvar 2023-cü ildə məktəb müəllimi Gülnar Axundova tərəfindən "Yarışçı" adlanan yarış komitəsi quruldu və o zamandan hər ay məktəbdə şagirdər arasında könüllülər dəstəsi ilə əməkdaşlıqla yarışlar keçirilir.

" Məktəbin inkişafı hər bir müəllim və məktəblinin borcudur. Məktəbimiz Ağıllı Şəhər - Bakı lahiyəsində intellektual yarışlarda Respublika üzərində yüksək yerlərin sahibi olmuşdur. Şagirdlərimiz "ZƏFƏR Lənkəran" komandasının üzvləri Namiq Axundov, Faiq Əzimov, Akif Nəsrullayev, Sadiq Əlizadə, Muhəmməd Kərimov, Amin Zeynallı, Ramal Hüseynzadə intellektual oyunlarda bizim başımızı uca edirlər. Məktəbimizdə "ZƏFƏR Lənkəran" kimi komandaların artması üçün bu uşaqlarla "Yarışçı" komitəsi qurduq. 4 aydır ki intellektual yarışlar keçirirk. Bu yarışlar əsasən NHN, Xəmsə və 61! tipli oyunlardan ibarət olur.
6 may 2023-cü il. Biologiya müəllimi, "Yarışçı" komitə rəhbəri, Gülnar Axundova
"

Məktəbin "ZƏFƏR Lənkəran" komandası 2023-cü ildə Respublika üzərində 13-cü, Region üzərində 1-ci yeri tutmuşdur. Region üzrə liderlik komandanın artıq bir neçə ildir ki, ənənəsinə çevrilmişdir.

Məktəbin ağbirçək müəllimlərindən biri texnologiya fənn müəlliməsi Sədaqət Kazımovanın başçılığı altında məktəb şagirdlərinin əl işləri isə Zaqafqaziyada ün salmışdır.[1]

" Hər il şəhərimizdə keçirilən siturs festivalında uşaqlarımızın əl işləri nümayiş etdirilir. Bununla əlaqədar məktəbimiz tez-tez Təhsil Nazirliyinin fəxri fərmanları ilə təltif olunur. 2018-ci ildə keçirilən Qubada Zaqafqaziya xalqlarının festivalında bizə Qubada 10 günlük tətilə dəvət etmişdilər. Mikayılzadə Dilaranın əl işləridə orada sərgilənmişdir. 2019-cu ildə Hüseynova Aysunun əl işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən dekorativ tətbiqi sənət sərgisində nümayiş etdirilmiş və şagirdimiz və məktəbimiz müvəfəqiyyət qazanmışdır. Şagirdlərimizin əl işi təkcə məktəb, region və ya ölkəmizdə deyil xaricdədə nam salmışdır. Şagirdimiz Hüseynzadə Turalın Misirdə keçirilən rəsm yarışmasında qızıl medal qazanması, 165 illik məktəbin ən böyük naliyyətlərindəndir. Bunun üçün bütün məktəbimizi təbrik edirəm!
26 aprel 2022-ci il. Məktəbin Texnologiya müəllimi, Kazımova Sədaqət
"

Məktəbin Loqosu

[redaktə | mənbəni redaktə et]

Məktəbin 11 aprel 2023-cü ildə qəbul etdiyi loqoda Dəfnə yarpağı, "1856" yazısı, 4 ədəd 8-guşəli ulduz,Azərbaycan bayrağı rənglərində olan 3 çevrə, 11 ədəd halqa (içəridə), Kitab, "1 №" yazısı və Məktəb binası vardır. Dəfnə - Tərəqqi, Qalibiyyət və Rifahı;

"1856" - Məktəbin yaradıldığı 1856-cı ili;

8-guşəli ulduz - Azərbaycan Respublikasını;

Azərbaycan bayrağı rənglərində olan 3 çervə - Azərbaycan bayrağını və ona əsasən; Mavi - Türkçülüyü;

Qırmızı - Müasirliyi;

Yaşıl - İslam dinini;

11 ədəd halqa - Məktəbin 11 sinifini, məktəb-təhsil pillələrini, şagird, müəllim və məktəb işçilərini;

Kitab - Təhsili;

"1 №" - Məktəbi (1 nömrəli olmağını)

Məktəb binası - Məktəbi bildirir.

Loqoda Azərbaycan dilində (Lənkəran şəhər Mehman Bağırov adına 1 nömrəli tam orta məktəb) və İngilis dilində (Full secondary school number 1 named afer Mehman Bagirov, Lankaran city) məktəbin adı yerləşir.

"Könüllülər" Dəstəsinin loqosu

[redaktə | mənbəni redaktə et]

"Könüllülər" Dəstəsinin 11 aprel 2023-cü ildə qəbul etdiyi loqoda Dəfnə yarpağı, "1856" yazısı, 4 ədəd 8-guşəli ulduz,Azərbaycan bayrağı rənglərində olan 3 çevrə, 11 ədəd halqa (içəridə), Kitab, "1 №" yazısı və Məktəb binası vardır.

Dəfnə - Tərəqqi, Qalibiyyət və Rifahı;

"1856" - Məktəbin yaradıldığı 1856-cı ili;

8-guşəli ulduz - Azərbaycan Respublikasını və gücü;

Azərbaycan bayrağı rənglərində olan 3 çervə - Azərbaycan bayrağını və ona əsasən; Mavi - Türkçülüyü;

Qırmızı - Müasirliyi;

Yaşıl - İslam dinini;

11 ədəd halqa - Məktəbin 11 sinifini, məktəb-təhsil pillələrini, şagird, müəllim və məktəb işçilərini;

Kitab - Təhsili;

"1 №" - Məktəbi (1 nömrəli olmağını)

Məktəb binası - Məktəbi bildirir.

Loqoda Azərbaycan dilində (Lənkəran şəhər Mehman Bağırov adına 1 nömrəli tam orta məktəb) və "Könüllülər" yazısı vardır.

"ZƏFƏR Lənkəran" Komandasının loqosu

[redaktə | mənbəni redaktə et]

"ZƏFƏR Lənkəran" Komandasının 11 aprel 2023-cü ildə qəbul etdiyi loqoda Dəfnə yarpağı, "1856" yazısı, 4 ədəd 8-guşəli ulduz,Azərbaycan bayrağı rənglərində olan 3 çevrə, 11 ədəd halqa (içəridə), Kubok və Məktəb binası vardır.

Dəfnə - Tərəqqi, Qalibiyyət və Rifahı;

"1856" - Məktəbin yaradıldığı 1856-cı ili;

8-guşəli ulduz - Azərbaycan Respublikasını və gücü;

Azərbaycan bayrağı rənglərində olan 3 çervə - Azərbaycan bayrağını və ona əsasən; Mavi - Türkçülüyü;

Qırmızı - Müasirliyi;

Yaşıl - İslam dinini;

11 ədəd halqa - Məktəbin 11 sinifini, məktəb-təhsil pillələrini, şagird, müəllim və məktəb işçilərini;

Kubok - Zəfəri(qələbəni) və komandanı

Məktəb binası - Məktəbi bildirir.

Loqoda Azərbaycan dilində (Lənkəran şəhər Mehman Bağırov adına 1 nömrəli tam orta məktəb) və "Zəfər 1 nömrəli yarış komandası" yazısı vardır.

"Yarışçı" komitəsinin loqosu

[redaktə | mənbəni redaktə et]

"Yarışçı" 25 yanvar 2023 tarixində qəbul etdiyi komitəsinin loqosunda "Yarışçı" yazısı, məktəb binası təsvir edilmişdir.

"Yarışçı" - Komitəni;

Məktəb binası - Məktəbi bildirir.

1982-ci ilin mart ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin 125 illiyi təntənə ilə keçirmişdir.[1]

2021-ci ilin sentyabr ayında Lənkəran Şəhər Təhsil Şöbəsi Lənkəran şəhər 1 nömrəli tam orta məktəbin 165 illiyi təntənə ilə keçirmişdir.[1]

Şəhid Məzunları

[redaktə | mənbəni redaktə et]

Qüdrət Bağırov - Birinci Qarabağ müharibəsi şəhidi[1]

Mais Abbasov - 1999-cu ildə Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində keçirilən hərbi əməliyyatlarda şəhid olmuşdur.[1]

Mehman Bağırov - Birinci Qarabağ müharibəsi şəhidi[1]

Ramiz Mustafayev - Birinci Qarabağ müharibəsi şəhidi[1]

Şahin Məmmədov - 20 yanvar şəhidi[1]

Əli Mehtizadə - İkinci Qarabağ müharibəsi şəhidi[1]

Elşad Zeynallı - İkinci Qarabağ müharibəsi şəhidi[1]

Qazi Məzunları

[redaktə | mənbəni redaktə et]

Vəliəhd Vəliyev -İkinci Qarabağ müharibəsi qazisi[1]

Bəzi Tanınmış Məzunları

[redaktə | mənbəni redaktə et]

Səməd bəy Mehmandarov

Əkbər xan Talışinski

Şirəli Axundov

Əlimuxtar Qasımov (Dossent)

Xudaverdi Kələntərli (Professor)

Əliəkbər Əliyev

Mirzə Ağaəli Əliyev

Mirzə İsaq Mövsümzadə

Həzi Aslanov

Mirməmməd Cavadzadə

Teymur bəy Bayraməlibəyov

Bəzi Tanınmış Müəllimləri

[redaktə | mənbəni redaktə et]

Müslüm Maqomayev (Bəstəkar)

Pənah Qasımov

Mirhaşım Talışlı

Teymur bəy Bayraməlibəyov

Mirzə Ağaəli Əliyev

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 Lənkəran Şəhər Təhsil Şöbəsi. "Lənkəran şəhər M.Bağırov adına 1 nömrəli tam orta məktəbi tanıyaq". Youtube. 2023-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  2. 1 2 (#empty_citation)
  3. 1 2 "Məktəbin İnstagram hesabı". www.instagram.com/1.no.tam.orta.mekteb/. 2023-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09.
  4. "Məktəbin Facebook Səhifəsi". https://www.facebook.com/profile.php?id=100057488228839. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09.
  5. 1 2 "Schools and Colleges lists". https://www.schoolandcollegelistings.com/XX/Unknown/1410510829250807/L%C9%99nk%C9%99ran-%C5%9F%C9%99h%C9%99ri-M.Ba%C4%9F%C4%B1rov-ad%C4%B1na-1-n%C3%B6mr%C9%99li-tam-orta-m%C9%99kt%C9%99b (ingilis). 2023-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09.
  6. 1 2 3 "Xəbər - Lənkəran şəhər 1 nömrəli tam orta məktəb binasının təmirinə başlanılıb". https://cenublu.az/aktual/lankaran-sahar-1-nomrali-tam-orta-maktab-binasinin-tamirina-baslanilib/. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-09.