Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Pərqubellər fəsiləsi (lat. Cymatophoridae) orta ölçülü kəpənəklərdir.
Pərqubellər | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Pərqubellər fəsiləsi – Cymatophoridae (Effendi R.E.). Nisbətən qısa konusvarı qarıncığı olan orta ölçülü (25–30 mm) kəpənəkləri əhatə edir. Önkürəyi sıx yumşaq tükcüklərlə örtülmüşdür. Uzunsov-üçkünc qabaq qanadlarının zirvəsi düzbücaqlıdır. Bəzi növlərdə əlvan və parlaq olsa da, əksəriyyətində kül-boz rəngdə olub, bir qədər tünd dalğalı, eninə sarğıları var. Dinclik halında qanadlar çardaqvarı, «evcik» şəklində yığılır. Bığcıqları qılşəkillidir. Axşamdan xeyli keçmiş və gecə uçur, çox vaxt işığa gəlirlər. Tırtılları çılpaq, 16 ayaqlıdır, dinclik halında yarımhalqa şəklində əyilirlər. Müxtəlif kol və ağacların yarpaqları ilə qidalanır, ziyan vurmurlar. Avropada, Aralıqdənizi hövzəsində, Kiçik Asiyada, Qafqazda, Orta
Asiyada geniş yayılmışdır. Bəzi növləri Cənub-Şərqi Asiyaya qədər gedib çatır. Palearktikada 20, Azərbaycanda 6 növü məlumdur. Moruq pərqubeli (Habrozyne derasa L.) yayın ortalarında aran və dağətəklərinin hər yerində uçur və ona tez-tez rast gəlinir. Tırtılları payızda moruq və böyürtkən yarpaqları ilə qidalanır. Pupları qışlayır. Thyatria cinsindən Azərbaycanda 2, Palearktikada 3 növ yaşayır. Onlardan biri Uzaq Şərqdə yayılmış, o biri isə Uzaq Şərq və Hindistandan, Qafqazdan və Rusiyanın cənub rayonlarından keçməklə cənub-şərqi Avropaya keçmişdir (T. batis L.), üçüncüsü isə T. hedemanni Chr. morfoloji cəhətdən əvvəlkinə çox yaxın olub, Zaqafqaziya endemikidir. Azərbaycanda T.batis şimal-şərqdə (Yalama, Xudat, Qusar) rast gəlir, Dağıstanda və Şimali Qafqazda daha boldur, N.hedemanni isə Talışın aran və dağətəklərinin meşə zonasında tapılmışdır. Hər iki növün kəpənəyi may-iyunda uçur, bir nəsildə inkişaf edir, tırtılları isə böyürtkən və moruq yarpaqları ilə qidalanır. Cymatophora cinsi Azərbaycanda zahirən bənzər 2 növlə C. or F. və C. octogesim Hb. təmsil olunmuşdur. Bu kül-boz kəpənəklər meşə dağətəklərində may ayında uçur, kifayət qədər tez-tez rast gəlinir. Tırtılları müxtəlif qovaq növləri ilə qidalanır. Nazik baramada, torpaqda, mamır və ya yarpaqların arasında puplaşır. Pupları qışlayır. İldə bir nəsildə inkişaf edir. Talışın dağətəklərində çox nadir hallarda yayın ikinci yarısında Polyploca diluta F. rast gəlinir. Tırtılları mayda palıd yarpaqlarında inkişaf edir, yumurtaları qışlayır.[1]