Pərvin Mirzəzadə (tam adı: Pərvin Xəyyam oğlu Mirzəzadə; 19 iyun 1965, Bakı) — Azərbaycan siyasətçisi, diplomatı, Azərbaycan Respublikası Fövqəladə və Səlahiyyətli Səfiri. Xalq artisti Xəyyam Mirzəzadənin oğlu[1]
Pərvin Mirzəzadə | |
---|---|
Pərvin Xəyyam oğlu Mirzəzadə | |
Doğum tarixi | 19 iyun 1965 (59 yaş) |
Doğum yeri | |
Atası | Xəyyam Mirzəzadə |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | Fövqəladə və Səlahiyyətli Səfir. |
Mükafatları | “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı, Polşa Respublikası qarşısında xidmətlərinə görə “Kavalyer xaçı” ordeni, AR Fövqəladə Hallar Nazirliyinin 5 illik “Yubiley” medalı, AR Xarici İşlər Nazirliyinin “Fəxri əməkdaşı” və b. |
Pərvin Mirzəzadə 19 iyun 1965-ci ildə Bakı şəhərində, məşhur bəstəkar Xəyyam Mirzəzadənin ailəsində anadan olub. 1972–1983-cü illərdə Bül-Bül adına orta ixtisaslı xüsusi musiqi məktəbini, 1983–1988 Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. 1993-cü ildə Qahirədə Misir Ərəb Respublikasının Diplomatik Akademiyasında akademik kursları, 2000-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Akademiyasında Strateji Tədqiqatlar və Dövlət Müdafiəsinin İdarəetmə akademik kursunu bitirib. o, həmçinin, 2003–2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsinin fərqlənmə diplomu bitirmişdir.
Xalq artisti Xəyyam Mirzəzadənin oğlu olan Pərvin Mirzəzadənin 2 övladı var.
P. Mirzəzadə 1989–1991-ci illərdə Azərbaycan SSR Xarici İşlər Nazirliyinin Xarici İqtisadi Əlaqələr şöbəsinin II katibi, 1991–1993-cü illərdə AR XİN Dövlət Protokolu İdarəsinin II katibi, 1993–1997-ci illərdə AR XİN Dövlət Protokolu İdarəsinin bölmə müdiri, 1997–2002-ci illərdə AR XİN Dövlət Protokolu İdarəsinin şöbə müdiri, 2002–2004-cü illərdə AR XİN Dövlət Protokolu İdarəsinin rəis müavini, 2004-cü ildən AR XİN Dövlət Protokolu İdarəsinin Rəisi, Azərbaycan Respublikasının Prezidentinin 06.06.2012-ci il tarixli Sərəncamı ilə Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi, Brüssel Almanaxı Komitəsinin müxbir üzvü vəzifələrində çalışmışdır.[2]